İzahlı lüğət

UCA

sif. 1. Yüksək, hündür. Uca boy. Uca bina. Uca ağac. - Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət. Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar. Boyu ucadı, çox ucadı. C.Məmmədquluzadə. // Ucaboylu, boylubuxunlu. Uca oğlan. Uca kişi. - Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adam. C.Məmmədquluzadə. // Çox hündürdə, çox yüksəkdə yerləşmiş. Uca yer. Uca ulduzlar. Dağlıq rayonun ən uca kəndi. // is. Uca yer. Çıxım gədiklərnən, izin izləyim; Ucalardan alçaqları gözləyim. “Koroğlu” .
məc. Yüksək, ali, ülvi. ..Min cürə uca fikirlər və müqəddəs hisslər şairin silsileyitəbinə hərəkət versə, daha [gözəl] olmazdımı? F.Köçərli. Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq. Yüksək, yuxarı, zil; ucadan, bərkdən. Günorta idi. Müəzzin uca səslə azan verirdi. Çəmənzəminli. [Böyükxanım] axırda uca səslə ağlayaraq... durub genə əlini Rzaquluxanın çiyninə qoyub deyirdi. M.S.Ordubadi.
□□ Özünü uca tutmaq - təkəbbür satmaq, başqalarına xor baxmaq, özünü hamıdan yüksək saymaq. [Sərdar Rəşid] özünü çox uca tutur. M.S.Ordubadi. Uca tutmaq - yüksək tutmaq, yüksəklərə qaldırmaq, şərəfləndirmək. [Hidayət Mürşidə:] İnsanlıq ləyaqətini uca tutduğunuza görə sizə təşəkkür edirəm. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed