UCADANzərf 1. Bərkdən, yüksəkdən, zildən. Ucadan danışmaq. Ucadan gülmək. Ucadan demək. Ucadan oxumaq. - [Adamlar] ucadan və həyəcanla danışır, nə barədə isə mübahisə edirdilər. M.İbrahimov. [Dürrə adamların] bu sözünü eşidib ucadan soruşdu. S.Vəliyev.
2. məc. Yüksək mövqedən, yuxarı vəzifədən. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|