
ÜÇAYLIQsif. 1. Uç ay üçün düzəldilmiş, üç aylıq müddətə nəzərdə tutulmuş, yaxud üç ay ərzində olmuş; rüblük. Üçaylıq plan. Üçaylıq məlumat. Üçaylıq ezamiyyət. - Kəndlərimizdə məktəblər açırıq, hələlik orda üçaylıq, altıaylıq müəllimlər kursunu qurtaranlar dərs deyir. İ.Şıxlı.
2. Yaşı üç ay olan, üç ay əvvəl doğulmuş. Üçaylıq uşaq. Üçaylıq quzu. Paylaşın - Hamı bilsin
|