İzahlı lüğət

ÜLTRA (ID - 40540)

[lat. ultra] Siyasətdə: ifrat, ifratçı.
ultra... [lat. ultra] Bir sıra mürəkkəb sözlərin “üstün” , “son” , “ifrat” mənasında olan birinci tərkib hissəsi; məs.: ultrabənövşəyi, ultramikroskop.

ÜNSİYA (ID - 40584)

is. [lat.] 1. Bir sıra ölkələrdə müxtəlif (28, 35 qramadək) çəki vahidi.
2. 1881 -ci ilədək işlənmiş köhnə italyan, ispan, Meksika, Argentina, Boliviya qızıl, Mərakeş gümüş pulu (sikkəsi).

ÜNTA (ID - 40585)

is. Maral, qoyun və s. dərisindən uzunboğaz isti çəkmə.

ÜNTER (ID - 40586)

is. [alm.] Xarici ölkə ordularında aşağı komanda heyətinə mənsub hərbi rütbə.

Ü (ID - 40825)

Azərbaycan əlifbasının iyirmi doqquzuncu hərfi və bu hərflə işarə olunan saitin adı.

ÜÇ (ID - 40826)

say İkidən sonra gələn ədəd - 3.
üç-üç zərf Hər dəfə üç dənə, hər adama üç dənə. Üç-üç sıraya düzmək. - Həsənqulu bəy, Rza, Əsgər, Həsən və xor daxil olurlar. Sonra səhnənin ortasında üç-üç durub guya söhbət...

ÜÇAÇILAN (ID - 40827)

bax üçatılan. Onların tüfəngləri beşaçılan və ya üçaçılan idi. P.Makulu.

ÜÇADAMLIQ (ID - 40828)

sif Uç adam üçün olan, üç nəfər üçün nəzərdə tutulmuş; üçnəfərlik. Üçadamlıq yer. Üçadamlıq palata. Üçadamlıq yemək.

ÜÇAKTLI (ID - 40829)

bax üçpərdəli.

ÜÇARŞINLIQ (ID - 40830)

sif. köhn. Uç arşın uzunluğunda olan.

ÜÇARVADLI (ID - 40831)

sif. köhn. Keçmiş məişətdə: üç arvadı olan, üç arvad saxlayan. // İs. mənasında. Əgər iki arvad saxlamaq qəbahətdirsə, bəs öz kəndinizdəki üçarvadlıları niyə daşqalaq eləmirsiniz. Ə.Vəliyev.

ÜÇARVADLILIQ (ID - 40832)

is. köhn. Uç arvadı olma, üç arvad saxlama.

ÜÇATILAN (ID - 40833)

is. dan. Xəzinəsi üç patron tutan silah (tüfəng); üçaçılan. Fərman üçatılanı əlində atıb-tutdu. Ə.Abasov.

ÜÇATLI (ID - 40834)

sif. Uç at qoşulmuş, üç at qoşulan. Üçatlı fayton.

ÜÇATOMLU (ID - 40835)

sif. Uç atomdan ibarət olan. Üçatomlu birləşmə.

ÜÇAYAQ (ID - 40836)

is. Uç ayaq üstündə duran şey (stol və s.); üçayaqlı, sacayaq. Fotoaparat üçün üçayaq. Qazanı üçayaqdan asmaq.

ÜÇAYAQLI (ID - 40837)

1. sif. Uç ayağı olan, üç ayaq üstündə duran; üçqıçlı. Üçayaqlı masacıq.
2. Bax üçayaq.

ÜÇAYLIQ (ID - 40838)

sif. 1. Uç ay üçün düzəldilmiş, üç aylıq müddətə nəzərdə tutulmuş, yaxud üç ay ərzində olmuş; rüblük. Üçaylıq plan. Üçaylıq məlumat. Üçaylıq ezamiyyət. - Kəndlərimizdə məktəblər açırıq, hələlik orda üçaylıq,...

ÜÇBARMAQLI (ID - 40839)

sif. Əlində və ya ayağında ancaq üç barmağı olan.

ÜÇBAŞLI (ID - 40840)

sif. Uç başı, təpəsi olan. Üçbaşlı dağ.

ÜÇ-BEŞ (ID - 40841)

say. Bir neçə. Üç-beş manat pul. Üç-beş nəfər. Üç-beş günlük iş. - Gər nəsib olsa övdət eylərkən; Qalarız burda biz üçbeş gün. H.Cavid.

ÜÇBƏNDLİ (ID - 40842)

sif. ədəb. Uç bənddən ibarət olan. Üçbəndli şeir.

ÜÇBİR (ID - 40843)

zərf Uç-üç, üçər-üçər. Adamlar dəstə-dəstə - üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. M.İbrahimov. İndi tez-tez sağsağana, qarğaya, tək-tək, ikibir, üçbir uçuşan göyərçinlərə rast gəlirik. M.Rzaquluzadə.

ÜÇBUCAQ(LI) (ID - 40844)

1. is. Uç bucağı olan həndəsi cisim, üçkünclü cisim. Ax! Bu dəmir ağaclar; Həndəsi üçbucaqlar; Dünyanın o başını; Çəkib evlərə bağlar... B.Vahabzadə.
2. sif. Uç bucağı olan. Üçbucaqlı fiqur.

ÜÇÇARXLI (ID - 40845)

sif. Uç çarxı (təkəri) olan. Üççarxlı uşaq velosipedi.

ÜÇCƏ (ID - 40846)

say Uç, ancaq üç. Üçcə manat pulum qalıb. - Bürcəliyev əmr verdiyi vaxtdan cəmisi üçcə saat keçmədi ki, Bəbirbala mühəndis Arif Bəylərzadəni taparaq maşına əyləşdirib, idarəyə gətirdi. S.Rəhimov.

ÜÇCƏRGƏLİ (ID - 40847)

ÜÇCİLDLİ (ID - 40848)

sif. Uç cilddən ibarət olan; üçcildlik. Üçcildli “Azərbaycan ədəbiyyatı tarixi” .

ÜÇCİLDLİK (ID - 40849)

1. Bax üçcildli. Üçcildlik “Rusca-azərbaycanca lüğət” .
2. is. Uç cilddən ibarət kitab. Yazıçının üçcildliyi.

ÜÇDƏBİR (ID - 40850)

say Bir şeyin üçdə bir hissəsi.

ÜÇDƏFƏLİK (ID - 40851)

sif. Uç dəfədə icra olunan, üç dəfədə həyata keçirilən. Üçdəfəlik yemək.

ÜÇDİLLİ (ID - 40852)

sif. 1. Uç dil bilən, üç dildən istifadə edən.
2. Uç dildə tərtib olunmuş, üç dili ehtiva edən. Üçdilli lüğət.

ÜÇDİŞLİ (ID - 40853)

sif. Üç dişi olan. Üçdişli yaba.

ÜÇDORLU (ID - 40854)

sif. Üç doru olan. Üçdorlu gəmi.
ÜÇ-DÖRD say Bir neçə, üç və ya dörd. Üç-dörd günlüyə getmək. Üç-dörd ədəd gül. - [Kələntərli:] Gərək gündə gəlib, üç-dörd saat bu meşin qapının dalında durub, boynunu burub...

ÜÇDÜYMƏ(Lİ) (ID - 40855)

sif. 1. Üç düymə ölçüsündə olan. Üçdüymə mıx. Üçdüymə taxta.
2. Üç düyməsi olan. Üçdüyməli pencək.

ÜÇƏM (ID - 40856)

sif. və zərf məh. Bir dəfədə üç (üç bala doğan heyvan - əsasən qoyun haqqında). Həmişə əlləri cibində olan cavan çoban təklif edirdi ki, ..üçəm qoyunlar yaxın yerlərdə otlarsa, hər yüz qoyundan orta hesabla iki yüz quzu...

ÜÇƏSRLİK (ID - 40857)

sif. Üç əsr (üç yüz il) tarixi olan, üç əsr davam edən; üçyüzillik. Üçəsrlik dövr. Abidənin üçəsrlik tarixi var.

ÜÇFAİZLİ (ID - 40858)

sif. 1. Bir şeyin üç faizini təşkil edən. Üçfaizli gəlir. Üç faiz gəlir verən. Üçfaizli dövlət istiqrazı. Tərkibində üç faiz hər hansı maddə olan. Üçfaizli məhlul.

ÜÇFAZALI (ID - 40859)

sif. elektr. Üçfazalı dəyişən cərəyanla bağlı olan. Üçfazalı transformator. Üçfazalı elektrik xətti.
□□ Üçfazalı cərəyan elektr. - eyni tezlikli və amplitudalı, lakin fazaya görə V3 dövrlə fərqlənən üç birfazalı...

ÜÇGEDİŞLİ (ID - 40860)

sif. idm. Üç gedişdə həll olunan, üç gedişlə qurtaran. Üçgedişli kombinasiya.

ÜÇGÖZ(LÜ) (ID - 40861)

sif. Üç gözü (otağı) olan. Üçgözlü mənzil.

ÜÇGUŞƏ(Lİ) (ID - 40862)

sif. Üç guşəsi, üç bucağı olan; üçkünc(lü).

ÜÇGÜL (ID - 40863)

sif. Üçbucaqlı, üçguşəli.

ÜÇGÜNLÜK (ID - 40864)

sif. Üç gün sürən, üç gün davam edən, yaxud üç gün tələb edən. Üçgünlük möhlət. Üçgünlük istirahət. Üçgünlük yol. Üçgünlük iş. // Üç günə çatan, kifayət edən. Üçgünlük ehtiyat.

ÜÇHECALI (ID - 40865)

sif. Üç hecası olan. Üçhecalı söz.

ÜÇHƏDLİ (ID - 40866)

sif. Üç həddi olan. Üçhədli rəqəm.

ÜÇHƏFTƏLİK (ID - 40867)

sif. Üç həftə davam edən, üç həftə çəkən. Üçhəftəlik iş. // Üç həftə üçün nəzərdə tutulmuş, üç həftə kifayət edən. Üçhəftəlik ərzaq.

ÜÇHİSSƏLİ (ID - 40868)

sif. Üç hissədən ibarət olan. Üçhissəli əsər.

ÜÇXALLI (ID - 40869)

bax üçlük 2-ci mənada.

ÜÇXƏTLİ (ID - 40870)

bax üçmilli.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed