İzahlı lüğət

ÜZLƏMƏK (ID - 41171)

ÜZLƏNMƏ (ID - 41172)

“Üzlənmək”dən f.is.

ÜZLƏNMƏK (ID - 41173)

məch. 1. Üz çəkilmək, üzünə bir şey yapışdırılmaq. İnşaat məhlulu üzərindəki izlərə əsasən binanın kürsülük hissəsinin keçmişdə üç sıra ağ daşla üzləndiyi aydındır. Ə.Salamzadə. Üzdən şumlanmaq, təpilmək,...

ÜZLƏŞDİRMƏ (ID - 41174)

“Üzləşdirmək”dən f.is.

ÜZLƏŞDİRMƏK (ID - 41175)

f . İfadələri yoxlamaq və onların arasındakı ziddiyyətləri aradan qaldırmaq məqsədilə eyni iş üstündə cinayət məsuliyyətinə cəlb olunan adamları çarpaz sorğu-suala çəkmək, üz-üzə oturdaraq dindirmək. Müttəhimləri üzləşdirmək....

ÜZLƏŞMƏ (ID - 41176)

“Üzləşmək”dən f.is.

ÜZLƏŞMƏK (ID - 41177)

f . 1. Üz-üzə gəlmək, birbirinə rast gəlmək, rastlaşmaq. Cəfər küçə qapısında Hacağa ilə üzləşdi. Ə.Vəliyev. // Məc. mənada. Uşaq gərək çətinliklə üzləşəndə ondan qorxub qaçmasın. S.Rəhimov. Görüşlər, hicranlar;...

ÜZMƏK3 (ID - 41185)

f. 1. Taqətdən salmaq, əldən salmaq, yormaq, üzüntü vermək. Nə söyləyim, gəlməz dilə; Məni üzən fırtınalar. H.Cavid. Tamaşanın dərdi Minayəni üzürdü. B.Bayramov.
2. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif...

ÜZR (ID - 41186)

is. [ər.] 1. Edilən bir qəbahət və ya qüsurun qeyri-ixtiyari və ya məcburiyyət qarşısında edildiyini sübuta çalışaraq, bağışlanması üçün irəli sürülən bəhanə, səbəb. Üzrüm var. Üzrü ağlabatandır. □ Üzr istəmək...

ÜZRƏ (ID - 41187)

qoş. 1. Uyğun olaraq, əsasən, görə. Camaat ata-baba adətləri üzrə duz-çörəklə ordunu pişvaz edib, şadlıqdan qurban kəsdilər. Ə.Haqverdiyev. Qız təkrar qızardı və qadının təklifi üzrə qalxıb çay tökdü. Çəmənzəminli.
2....

ÜZRXAH (ID - 41188)

is. [ər. üzr və fars. ...xah] klas. Üzr istəyən, üzr diləyən, üzr gətirərək bağışlanmasını istəyən.

ÜZRXAHLIQ (ID - 41189)

is. Üzr istəmə, üzr. [Ağa Rəhim:] Nadürüst ağa Bəşir gör nə səbəb tapdı üzrxahlığa, ağa da güman edəcək ki, biz vaqiən saf və sadiq imişik. M.F.Axundzadə. □ Üzrxahlıq etmək - üzr istəmək. [Manaf] xanımı görəndə...

ÜZRİSTƏYİCİ (ID - 41190)

sif və zərf Üzr istəyən, üzr istəyər kimi, üzr istəyərək. Cavan müqəssirmiş kimi yavaş üzristəyici bir əda ilə cavab verdi. M.Rzaquluzadə.

ÜZRLÜ (ID - 41191)

sif. və zərf Səbəbi qəbul oluna bilən, səbəbli, səbəbi olan (üzrsüz əksi). Üzrlü səbəb. Üzrlü dərs buraxmaq. Üzrlü işə çıxmamaq.

ÜZRSÜZ (ID - 41192)

sif. və zərf Üzrlü səbəbi olmayan, səbəbsiz (üzrlü əksi). Üzrsüz dərsə gəlməmək. Üzrsüz səbəblərə görə...

ÜZSÜZ (ID - 41193)

sif. 1. Üzü, qaymağı yığılmış. Üzsüz süd. Üzsüz qatıq. Üz çəkilməmiş, üzü olmayan. Üzsüz döşək. - [Gülbadam] üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən mütəkkəni döşəyin ortasına qoydu. N.Nərimanov.
məc....

ÜZÜAÇIQ (ID - 41194)

zərf və sif. Üzünü çadra ilə örtməmiş; çadrasız. [Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturubdururlar. M.F.Axundzadə. Və yenə mat qalmalı işdir...

ÜZÜAĞ (ID - 41195)

sif. Utanılacaq işi olmayan, vicdanı təmiz, alnıaçıq, namuslu, vüqarlı (üzüqara əksi). Təbəssümlə oyansın beşikdəki körpələr; Bizim xoşbəxt, üzüağ anaların səsinə. S.Rüstəm.

ÜZÜAĞLIQ (ID - 41196)

is. Üzüağ olma, alnıaçıqlıq, namusluluq; vüqar.

ÜZÜAŞAĞI (ID - 41197)

sif. və zərf 1. Getdikcə aşağı tərəfə meyil edən, yuxarıdan-aşağı; başıaşağı. Üzüaşağı cığır. Üzüaşağı getmək. - Şəlalələr qayalardan üzüaşağı gurlayıb axır, köpüklənir. M.Ibrahimov. Qumru bunu eşidəreşitməz...

ÜZÜBOZ (ID - 41198)

sif. Utanmaz, nəzakətsiz, ədəbsiz, kobud. Üzüboz adam.

ÜZÜBOZLUQ (ID - 41199)

is. Utanmazlıq, nəzakətsizlik, ədəbsizlik, kobudluq.

ÜZÜCÜ1 (ID - 41200)

sif. 1. Bax üzgüçü. Hərçənd Yasəmən çox üzücü idi, amma bu itiaxan, daşları və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi. S.S.Axundov. Tərlan da, həkim də nəfəs almadan uşaqla üzücünün batdığı yerə baxdılar....

ÜZÜCÜ2 (ID - 41201)

sif. Adamı üzən, taqətdən, əldən salan; yorucu. Üzücü qızdırma. Üzücü intizar. - Üzücü gözətləmə dəqiqələrində Nəriman nə təmiz bahar havasından, nə mənzərələrdən, nə də Ənvərin ara-sıra zarafatlarından xoşlanırdı....

ÜZÜDÖNÜK (ID - 41202)

sif. və zərf Öz yaxınlarından üzünü döndərmiş, onlarla əlaqəsini kəsmiş, onları atıb getmiş, onlara arxa çevirmiş, xain çıxmış. Üzüdönük övlad. - [Kərbəlayı Allahverdi:] A kişi, bu camaat necə üzüdönük olarmış?!...

ÜZÜDÖNÜKLÜK (ID - 41203)

is. Üzüdönük adamın hərəkəti; üzü dönmə, arxa çevirmə; xəyanət.

ÜZÜGÜLƏR (ID - 41204)

bax gülərüzlü. Bakılılar bütün Azərbaycan xalqı kimi səxavətli, qonaqpərvər, üzügülər .. adamlardır. H.Sarabski. Ey ürəyi sevinc dolu; Üzügülər məktəbli qız! M.Dilbazi.

ÜZÜGÜLƏRLİK (ID - 41205)

bax gülərüzlülük.

ÜZÜGÜLMƏZ (ID - 41206)

sif. Heç vaxt üzü gülməyən, qaşqabaqlı, hirsli, acıqlı, mızı. Üzügülməz adam. // məc. Kədərli, qəmli.

ÜZÜK1 (ID - 41207)

is. 1. Əsasən qızıldan qayrılan, bəzək üçün və ya evlilik rəmzi kimi barmağa taxılan halqa; barmaqlıq. Brilyant qaşlı üzük. - Balaca bir qutudan [Səkinə] “Zvezda” markalı qızıl saat və zümrüd qaşlı bir üzük çıxartdı....

ÜZÜK2 (ID - 41208)

bax üzgün. [Kərəm:] Dərdü qəm çəkirəm, üzüyəm, üzük; Qıyma mənə, ay ciyərim parəsi! “Əsli və Kərəm” .

ÜZÜKGİZLƏTDİ, ÜZÜK-ÜZÜK (ID - 41209)

is. Üzüklə oynanılan bir oyun adı. Bir yanda toya gələnlər üzük-üzük oynarlar. R.Əfəndiyev.

ÜZÜKVARİ (ID - 41210)

sif. Üzük şəklində olan; halqavari. Üzükvari detal.

ÜZÜQARA (ID - 41211)

sif. və zərf Utanılacaq, əskik işi olan; xəcalətli (üzüağ əksi). Dünyadan köçərdim mən üzüqara; Xalqa dəyməsəydi köməyim mənim. S.Rüstəm. Yarın özü qaradır; Qaşı-gözü qaradır; Yoxsul qonaq istəməz; Çünki üzüqaradır....

ÜZÜQARALIQ (ID - 41212)

is. 1. Üzüqara olma, utanılacaq, əskik işi olma; utanılacaq vəziyyət, iş; rüsvayçılıq, biabırçılıq. □ Üzüqaralıq etmək - utanılacaq, pis iş görmək. Nə üzüqaralıq etdim, mənə bu cəfa neçindir? S.Ə.Şirvani.
2. məc....

ÜZÜQIRXIQ (ID - 41213)

sif. 1. Üzünü qırxmış, ya qırxdırmış, üzündə tük olmayan. Üzüqırxıq kişi.
2. Keçmişdə: cəhalətpərəstlərin üzünü qırxan ziyalılara verdikləri təhqirli ad. Beş nəfər üzüqırxıq, laməzhəb, dinsiz kazak hər nə...

ÜZÜQOYLU (ID - 41214)

zərf Üzü aşağı olduğu halda. Üzüqoylu uzanmaq. Nimçəni üzüqoylu qoymaq. - Əli üzüqoylu arxa yıxıldı və atəşə başladı. H.Nəzərli. [Qərənfil xala] dəmkeşi üzüqoylu qazanın ağzına çevirdi. Ə.Vəliyev.

ÜZÜLMƏ (ID - 41215)

“Üzülmək”dən f.is.

ÜZÜLMƏK (ID - 41216)

f 1. Xəstəlik, yorğunluq və s. nəticəsində gücdən düşmək, əldən düşmək, taqətdən düşmək, zəifləmək. Azarladım, ölmədim; üzüldüm, öldüm. (Ata. sözü). [Zeynəb Səliməyə:] Yorğunsan, üzülmüsən, get bir az dincəl!...

ÜZÜLÜŞMƏ (ID - 41217)

“Üzülüşmək”dən f.is.

ÜZÜLÜŞMƏK (ID - 41218)

f 1. Borcunu verib, haqqhesab edib qurtarmaq.
2. Ayrılmaq, aralanmaq, uzaqlaşmaq, əlaqəni kəsmək. [Vaqif xana:] İrəvan xanı Ərzurum və Qars paşalarına müraciət edib, İraklidən üzülüşmək istəyir. Çəmənzəminli.

ÜZÜM (ID - 41219)

is. Ağ, qara və ala rəngli dənələri olan salxımlı meyvə. Üzüm mürəbbəsi. Üzüm şirəsi. - Hər kəs ya qabağına üzüm, kişmiş yığaraq, ya da əlində bir şey tutaraq satır. M.Ibrahimov. Əzizim üzüm qara; Bağımda üzüm qara;...

ÜZÜMÇÜ (ID - 41220)

is. Üzümçülüklə məşğul olan adam. Azərbaycan üzümçüləri.

ÜZÜMÇÜLÜK (ID - 41221)

is. 1. Üzüm tənəkləri əkmək və üzüm yetişdirməklə məşğul olma. Üzümçülük təsərrüfatın gəlirli sahələrindən biridir.
2. Kənd təsərrüfatı elminin üzüm tənəkləri əkməyi və becərməyi öyrənən sahəsi.

ÜZÜMLÜK (ID - 41222)

is. Üzüm bağı, meynəlik, tənəklik. Birdən üzümlüklərin kənarında göyə ucalan çinar ağacını və ilan kimi onun başına dolanan tənəyi gördü. I.Şıxlı.

ÜZÜNDƏN (ID - 41223)

qoş. Səbəb, nəticə bildirir. [Fikrət:] Avariyalar çox vaxt [gənclərin] diqqətsizliyinin və təcrübəsizliyinin üzündən olur. M.Hüseyn. Gülara ailəsinin yoxsulluğu üzündən kəndin bəylərindən Xosrov bəy Poladovun evində qulluqçuluq...

ÜZÜNTÜ (ID - 41224)

is. 1. Adamı üzən qəm, kədər, dərd, iztirab, ruhi əzab. Kim deyir ki, ana, vaxtını keçir; Dörd divar içində üzüntülərlə. M.Rahim.
2. Üzgünlük, zəiflik, yorğunluq, taqətsizlik. [Əliqulunun] üzünə qayğı və kədər qonmuşdu....

ÜZÜNTÜLÜ (ID - 41225)

sif Adamı üzən, əldən salan; üzücü, əzici, əzablı. Lalə Qüdrətin gəlişini gözləyir, ..amma yenə üzüntülü düşüncələrdən sonra narahat bir yuxuya gedirdi. M.Hüseyn. // Həzin, qəmli, kədərli. Zınqırovların səsi yavaş-yavaş...

ÜZÜNÜK (ID - 41226)

bax üzgün. Getdikcə üzünük düşən mal-qara yazağzı doyunca yeməsə, bir neçə günün içində batardı. B.Bayramov.

ÜZÜÖRTÜLÜ (ID - 41227)

sif. Üzü örtülmüş halda olan, üzüaçıq olmayan. Arvadların biri, yəni Mustafanın anası üzüörtülü (z.) sevincək qaçır oğlunun yanına. C.Məmmədquluzadə.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed