İzahlı lüğət

ÜZR

is. [ər.] 1. Edilən bir qəbahət və ya qüsurun qeyri-ixtiyari və ya məcburiyyət qarşısında edildiyini sübuta çalışaraq, bağışlanması üçün irəli sürülən bəhanə, səbəb. Üzrüm var. Üzrü ağlabatandır. □ Üzr istəmək (diləmək) - öz qəbahət və ya hərəkətinin bağışlanmasını xahiş etmək. Məşədibəy qapını açdı, müəllimdən üzr istəyib içəri girdi. M.Hüseyn. [Halay Şiraslana:] Şirin və həssas qəlbinə toxunduğumuz üçün üzr istəyirik! S.Rəhimov.
Bəhanə, səbəb, dəlil. Bir də görünsə bu sifət, bu əda; Üzr yoxumdur, mənə eylə cəza. S.Ə.Şirvani. inkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla. R.Rza. □ Üzr gətirmək - müqəssir olmadığını sübut etmək üçün səbəb göstərmək, dəlil gətirmək, sübut etmək. [Şah:] Əgər üzr gətirməsə, boynunu vurdurun. M.F.Axundzadə.
Qüsur, nöqsan, eyib.
B ax üzr yeri. □ Üzr yeri - ölü yeri, təziyə. Üzr yerinə getmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed