ÜRƏKKEÇMƏ, ÜRƏKGETMƏ (ID - 41021)is. Xəstəlik, ruhi sarsıntı nəticəsində huşunu itirmə halı; bayğınlıq, bihuşluq. [Mehriban] indi bir ay olardı ki, ürəkkeçmənin əlaməti olan halları özündə hiss etməyirdi. S.Hüseyn.
|
ÜRƏKQOPMA (ID - 41022)bax ürəkkeçmə. Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Ə.Haqverdiyev.
|
ÜRƏKLƏNDİRİCİ (ID - 41023)sif. Ürəkləndirən, cəsarət verən, cəsarətini artıran, ürək-dirək verən, ruhlandıran (bir işə). Ürəkləndirici sözlər.
|
ÜRƏKLƏNDİRMƏ (ID - 41024)“Ürəkləndirməkdən f.is.
|
ÜRƏKLƏNDİRMƏK (ID - 41025)f . Cəsarətləndirmək, cəsarət vermək, ruhlandırmaq, ürək-dirək vermək. Qoçər arabir Beyrəyin obasına gəlir, onun ata-anası, bacıları ilə görüşür, onları da ürəkləndirirdi. M.Rzaquluzadə. [Bəhlul:] Şövkət bacının da...
|
ÜRƏKLƏNMƏ (ID - 41026)“Ürəklənməkdən f.is.
|
ÜRƏKLƏNMƏK (ID - 41027)f . Cəsarətlənmək, cəsarəti artmaq, cəsarət etmək, cəsarəti özünə qayıtmaq. Dilənçinin açıq üzündən və mehriban danışığından Nurəddin ürəklənib ağacdan düşdü. S.S.Axundov. Aydın bu sözlərdən bir az di ürəklənib...
|
ÜRƏKLİ (ID - 41028)sif. Heç şeydən qorxmayan, qoçaq, cəsur, igid, qorxubilməz. [Yusif:] Məhəbbət həqiqət yaxşı şeydir, danışmayanı danışdıran, çirkini gözəl edən, qorxağı ürəkli edən məhəbbətdir. N.Nərimanov. Fatmanisə xala çox ürəkli...
|
ÜRƏKLİLİK (ID - 41029)is. Ürəkli adamın hal və keyfiyyəti; qorxubilməzlik, cəsarət.
|
ÜRƏKSIXAN, ÜRƏKSIXICI (ID - 41030)sif. 1. Adamın ürəyini sıxan, cansıxan, cansıxıcı; qəm, kədər gətirən. Ürəksıxan xarabalıq. Ürəksıxıcı qış axşamı.
2. Ürəyi sıxan, ürəyə pis təsir edən, nəfəs almağı çətinləşdirən, boğucu. Otağın ürəksıxan... |
ÜRƏKSIXINTISI (ID - 41031)is. Ürəyi sıxan hal, keyfiyyət, şey.
|
ÜRƏKSINDIRAN, ÜRƏKSINDIRICI (ID - 41032)sif. Adamın qəlbini qıran, toxunan; toxunaqlı. Ürəksındırıcı söz.
|
ÜRƏKSİZ (ID - 41033)sif. və zərf 1. Qorxaq, ağciyər, xoflu, cəsarətsiz. [Tarverdi:] Mən də qorxumdan ki mənə ürəksiz deməsinlər, quldurluğa getdim. M.F.Axundzadə.
2. Həvəssiz, istəmədən, həvəsi olmadığı halda, həvəssiz, maraqsız. Allahqulu... |
ÜRƏKSİZCƏSİNƏ (ID - 41034)zərf 1. Qorxaqcasına, cəsarətsizcəsinə. Ürəksizcəsinə hərəkət etmək.
2. Həvəssiz(cəsinə). |
ÜRƏKSİZLİK (ID - 41035)is. Cəsarətsizlik, qorxaqlıq.
|
ÜRƏKVARİ (ID - 41036)sif Ürək şəklində olan; ürəyəoxşar.
|
ÜRƏKVERƏN, ÜRƏKVERİCİ (ID - 41037)sif. Ruhlandırıcı, təsəlliverici. Ürəkverici xəbər.
|
ÜRƏKYAXAN, ÜRƏKYAXICI, ÜRƏKYANDIRAN, ÜRƏKYANDIRICI (ID - 41038)sif. Ürəyə pis təsir edən, adamı sarsıdan; sarsıdıcı, təsirli, acınacaqlı. Ürəkyandıran qışqırıq. Ürəkyaxıcı görünüş. - [Eşikağası] qapını açıb içəri baxanda ürəkyandırıcı bir mənzərəyə rast gəldi. Çəmənzəminli....
|
ÜRƏYƏOXŞAR (ID - 41039)bax ürəkvari.
|
ÜRƏYƏYATAN (ID - 41040)sif. Xoşagələn, gözəşirin, gözəgəlimli, bəyənilən, cazibəli. [Məhbub xanım] baxdı ki, [Bəlli Əhməd], düzdü, bir az kor-kobuddu, amma elə ürəyəyatan oğlandı ki, min paşa oğluna dəyər, min də xan oğluna. “Koroğlu” ....
|
ÜRƏYİAÇIQ (ID - 41041)sif. Ürəyini gizlədə bilməyən, ürəyində nə varsa açıb söyləyən; açıqürəkli, təmizürəkli, səmimi. [Sara:] Bəhram! Sən bilirsən ki, mən bir ürəyiaçıq, sadəlövh adamam. C.Cabbarlı. [Zakir Mehribana:] Görürsünüzmü, adam...
|
ÜRƏYİAÇIQLIQ (ID - 41042)sif. Ürəyiaçıq adamın xasiyyəti; açıqürəklilik, səmimilik.
|
ÜRƏYİBƏRK (ID - 41043)sif. Başqasının halına acımayan; sərtürəkli, daşürəkli, zalım, qəddar. Ürəyibərk adam.
|
ÜRƏYİBƏRKLİK (ID - 41044)is. Ürəyibərk adamın xasiyyəti; zalımlıq, qəddarlıq.
|
ÜRƏYİDAĞLI (ID - 41045)sif. Ürəyində dərdi, kədəri, nisgili olan; dərdli, kədərli, nisgilli.
|
ÜRƏYİDAŞ (ID - 41046)sif. Heç bir şeydən təsirlənməyən; daşürəkli, qəlbidaş; rəhmsiz, insafsız.
|
ÜRƏYİGENİŞ (ID - 41047)sif. Hamıya yaxşılıq edən, genişürəkli.
|
ÜRƏYİİNCƏ (ID - 41048)bax ürəyinazik.
|
ÜRƏYİİNCƏLİK (ID - 41049)bax ürəyinaziklik.
|
ÜRƏYİQURDLU (ID - 41050)sif. Başqasının xoşbəxtliyini istəməyən, hər şeyə, hər kəsə şübhə ilə baxan; xainürəkli, qəlbiqara, paxıl.
|
ÜRƏYİQURDLULUQ (ID - 41051)is. Ürəyiqurdlu adamın xasiyyəti; qəlbiqaralıq, paxıllıq.
|
ÜRƏYİNCƏ (ID - 41052)zərf İstədiyi, arzuladığı, ürəyində tutduğu kimi. Burnaşov çariçanın mərhəmət və ədalətindən danışır, camaatın güzəranına, qoşunların halına toxunmur. Bu, Vaqifin ürəyincə deyildi. Çəmənzəminli. □ Ürəyincə olmaq...
|
ÜRƏYİNAZİK (ID - 41053)bax ürəyiyumşaq.
|
ÜRƏYİNAZİKLİK (ID - 41054)bax ürəyiyumşaqlıq.
|
ÜRƏYİSINIQ (ID - 41055)sif. İncimiş, küsmüş, küskün, qəlbiqırıq, ürəyi bir şeydən sınmış.
|
ÜRƏYİSINIQLIQ (ID - 41056)is. Ürəyisınıq adamın keyfiyyəti; küskünlük, qəlbiqırıqlıq.
|
ÜRƏYİSÖZLÜ (ID - 41057)sif. Ürəyində sözü olan, hələ deyilməmiş sözü olan.
|
ÜRƏYİTƏMİZ (ID - 41058)sif. Ürəyində paxıllıq, kin, küdurət olmayan, qəlbi təmiz olan; səmimi.
|
ÜRƏYİYUXA (ID - 41059)sif. Tez təsirlənən, mütəəssir olan, ürəyiyumşaq. [Tutu Qönçəyə:] Mən səni bu qədər ürəyiyuxa (z.) bilməzdim. Ə.Vəliyev.
|
ÜRƏYİYUXALIQ (ID - 41060)is. Ürəyiyuxa adamın xasiyyəti; ürəyiyumşaqlıq.
|
ÜRƏYİYUMŞAQ (ID - 41061)sif. Ürəyinazik, ürəyiyuxa, ürəyincə.
|
ÜRƏYİYUMŞAQLIQ (ID - 41062)is. Ürəyiyumşaq adamın xasiyyəti; ürəyinaziklik, ürəyiincəlik, ürəyiyuxalıq.
|
ÜRF (ID - 41063)is. [ər.] kit. Məcburi olmayıb zamanın tələbindən doğan adət, qayda, üsul, hökm, dəb. [Şeyx Sədra:] Ürfü şər olmayır bu fikrə şərik; Çəkilir şeymidir bu sərsəmlik? H.Cavid.
|
ÜRF-ADƏT (ID - 41064)is. [ər.] 1. Əxlaq, ədəb qaydaları; etika.
2. Adət və ənənə, adətlər. [Molla Qurban:] Elin qayda-qanunu, camaatın ürf-adəti var. Ə.Vəliyev. |
ÜRFAN (ID - 41065)is. [ər.] kit. Bilik, biliş, kamal, maarif. Əsrlər uzunu elm və ürfana axın buraxılmayan qadınlar təşnə adam kimi susuzluqlarını söndürməyə nail olmuşlardı. T.Ş.Simurq. Tutdu yer üzünü ürfan çırağı; Nura qərq elədi qonşu...
|
ÜRKƏ (ID - 41066)is. İkiyaşar at balası. [Qədir] qaşlarını çataraq öz alapaça ürkəsindən danışmağa başlayırdı. İ.Əfəndiyev. Elə bu vaxt Zülfüqar kəhər ürkəni səyirdib böyürdən çıxdı. B.Bayramov.
|
ÜRKƏKLİK (ID - 41067)is. Tez hürkmə və qorxma xasiyyəti; hürkəklik.
|
ÜRKƏYƏN, ÜRKƏK (ID - 41068)sif. Tez hürkən, hər şeydən hürkən, qorxan, əhli olmayan; vəhşi. Qız isə ürkək ceyran balası kimi qaçırdı. Mir Cəlal. Bulud dağ döşündə dayanıb durmuş; Çöldə ürkək maral boynunu burmuş. N.Rəfibəyli. // Ürkəklik, qorxu...
|
ÜRKMƏ (ID - 41069)“Ürkmək”dən f.is.
|
ÜRKMƏK (ID - 41070)bax hürkmək. [Zaman:] Top səsindən atlar ürkdü, kişnəşdi. C.Cabbarlı.
|
Bu səhifə dəfə baxılıb