İzahlı lüğət

ÜŞÜTMƏ (ID - 41121)

1. “Üşütmək”dən f.is.
2. Titrətmə, vicvicə. Canıma üşütmə düşdü. - [Nemət] bir az dincəldikdən sonra bədəninə bir üşütmə gəldi ki, köynəyi tamamilə soyudu. Çəmənzəminli.

ÜŞÜTMƏK (ID - 41122)

f . Canına üşütmə salmaq, soyuğu hiss etdirmək. Soyuq hava [Tərlanı] birdən üşütdü. M.Hüseyn. Çayaşağı əsən bu külək bütün kolxozçuları üşütdü və titrətdi. Ə.Vəliyev.

ÜŞŞAQ (ID - 41123)

is. [ər. “aşiq” söz. cəmi] 1. klas. Aşiqlər. Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar. Füzuli. Üşşaq yardan nəzəri-mərhəmət dilər. Q.Zakir.
2. mus. Azərbaycan klassik muğamlarından birinin adı. Şair.. yerinə görə...

ÜTƏLGƏ (ID - 41124)

cəhrə. Gəlib ütələtək düşələr tora; Yolub tüklərini basdıraq qora. H.K.Sanılı.

ÜTMƏ (ID - 41125)

“Ütmək”dən f.is.

ÜTMƏK (ID - 41126)

f Qızğın dəmirlə və ya oda tutaraq üzdən yandırmaq, qarsalamaq, oda vermək (tükü, qabığı və s.-ni). Kəsilmiş toyuğu ütmək. - Ev sahibi burada cavan şiv zirinc ağacından qırıb gətirər, ocaqda ütüb çəkiclə döyər, özü...

ÜTÜ (ID - 41127)

is. Paltar, parça və s. ütüləmək üçün işlədilən, kömür və ya elektriklə qızdırılan dəmir alət. Elektrik ütüsü. □ Ütü çəkmək bax ütüləmək. Xanpəri çay dəmlədikdən sonra dünən yuyulmuş paltarlara ütü çəkirdi....

ÜTÜK (ID - 41128)

sif. Üzdən yanmış, azacıq yanmış, ütülmüş, yaxud yolunmuş. Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub .. nə deyəcək idisə, beş-altı yerdən onun sözünü kəsib çığırışdılar. Çəmənzəminli.

ÜTÜLƏMƏ (ID - 41129)

“Ütüləmək”dən f.is.

ÜTÜLƏMƏK (ID - 41130)

f . Qızğın ütü ilə hamarlamaq, ütü çəkmək. [Pəri] geri sürüşmüş qara kəlağayısını qabağa çəkib, paltar ütüləməklə məşğul oldu. Ə.Vəliyev. [Səriyyə:] Mən ütü qızdırıb buldozerçinin köynəyini ütüləyirdim....

ÜTÜLƏNMƏ (ID - 41131)

“Ütülənmək”dən f.is.

ÜTÜLƏNMƏK (ID - 41132)

məch. Ütü ilə hamarlanmaq, ütü çəkilmək.

ÜTÜLƏNMİŞ (ID - 41133)

f sif Ütü çəkilmiş, ütü ilə hamarlanmış. [Pəri] təzə yuyulub ütülənmiş məhrəbanı yerindən asdı. Ə.Vəliyev.

ÜTÜLMƏ (ID - 41134)

“Ütülmək”dən f.is.

ÜTÜLMƏK (ID - 41135)

məch. Qızğın dəmirlə və ya oda tutaraq üzdən yandırılmaq (tük, qabıq və s.). // Qarsaqlanmaq, azacıq yanmaq. [Yaqutun] bütün üzü qara ləkələr içində idi, saçları və qaşları ütülmüşdü, gözləri isə qapalı idi. Ə.Məmmədxanlı....

ÜTÜLMÜŞ (ID - 41136)

f sif Tükləri yandırılıb təmizlənmiş. [Xuduş] əlinə də bir ütülmüş toyuq götürmüşdü. Ə.Sadıq.

ÜTÜLÜ (ID - 41137)

sif. Ütü çəkilmiş, ütülənmiş. Daxiliyyə naziri ütülü ağ dəsmalını çıxarıb boyunboğazından sel kimi axan təri sildi. S.Rəhimov.

ÜTÜSÜZ (ID - 41138)

sif. Ütü çəkilməmiş, ütülənməmiş. Baxışın geyim-keçimdə səliqəli olduğunu Qaçay bilirdi. Ütüsüz şalvar geyinməzdi. İ.Məlikzadə.

ÜVƏZ (ID - 41139)

bot. bax quşarmudu. Üvəz soyuğadavamlı bitkidir.

ÜYÜDÜLMƏ (ID - 41140)

“Üyüdülmək”dən f.is. [Ağabəyim] çörəyin bişirildiyini bilirdi, ancaq buğdanın bitməsini və dəyirmanda üyüdülməsini bilmirdi. Çəmənzəminli.

ÜYÜDÜLMƏK (ID - 41141)

məch. Dəyirmanda una çevrilmək (buğda, arpa və s.); çəkilmək. [Murad] üyüdülməyə toplanan taxıl bitdiyindən motoru yatırıb dışarı çıxdı. S.Hüseyn.

ÜYÜŞMƏ (ID - 41142)

“Üyüşmək”dən f.is.

ÜYÜŞMƏK (ID - 41143)

bax uyuşmaq 1-ci mənada. [Xan] tonqal başında uzun müddət qımıldanmadan oturmaqdan üyütmüş (f.sif.) ayaqlarında bir gizilti, bədəninin hər yerində sızıltı duydu. M.Rzaquluzadə.

ÜYÜTMƏ (ID - 41144)

“Üyütmək”dən f.is.

ÜYÜTMƏK (ID - 41145)

f . 1. Dəyirmanda buğda, arpa və s.-ni una çevirmək; çəkmək. Buğda (arpa) üyütmək. - Cəfər tayları içəri qoydu, az keçmədən dəni üyütməyə başladı. Ə.Vəliyev.
2. məc. dan. Boş-boş danışmaq (bəzən üyüdüb-tökmək...

ÜZ (ID - 41146)

is. 1. İnsan başının qabaq hissəsi; surət, sifət, çöhrə, sima. Üzünün ifadəsi. Qəşəng üz. - Mərcan bəy diqqətlə Kərbəlayı Qubadın üzünə baxır. Ü.Hacıbəyov. [Qızın] yumru, gözəl üzü və yanaqları açıq sərin havada...

ÜZBƏÜZ (ID - 41147)

1. zərf Üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya. Üzbəüz oturmaq. - [Cavad:] Ana, mənim gözüm axunddan su içməyir, əvvəl deyirdi ki, qız ilə gərək üzbəüz danışam, biz də qızı gətirdik. B.Talıblı. □ Üzbəüz gəlmək - rast...

ÜZDƏ (ID - 41148)

zərf 1. Zahirən, zahirdə. Əzizim, qəlbi nara; Tutuşdu qəlbi nara; Üzdə dost deyənlərin; Get, öyrən, qəlbin ara. (Bayatı). Səttarzadə üzdə Rübabəyə ürək verirdisə də, ürəkdən rahat deyildi. Mir Cəlal. Yer səthinə yaxın;...

ÜZDƏN (ID - 41149)

zərf 1. Az dərinlikdə, dayaz. Üzdən belləmək.
2. məc. Səthi, dərindən olmayaraq. Əsərlə üzdən tanış olmaq.
□□ Üzdən görmək (getmək) - mahiyyətinə varmamaq, çox dərinə getməmək, səthi baxmaq, ürəyinə salmamaq....

ÜZDÜRMƏ (ID - 41150)

“Üzdürmək”dən f.is.

ÜZDÜRMƏK (ID - 41151)

icb. Üzməsinə səbəb və ya vasitə olmaq, üzməyə məcbur etmək. Çayda Əmiraslan soyunub atı mindi və suyun dərinliyinə salıb bir neçə dəfə üzdürdü. S.S.Axundov. Üzdürüb atları, keçək buradan; Lazımdır qaçağa geniş bir...

ÜZƏÇIXDI, ÜZƏÇIXMA (ID - 41152)

is. etnoqr. Təzəgəlinin öz ərinin qohumları ilə ilk görüşü.

ÜZƏGÜLƏN (ID - 41153)

sif. İkiüzlü, riyakar; yaltaq. Üzəgülən adam. // İs. mənasında. Üzəgülənin biridir.

ÜZƏN (ID - 41154)

1. Bax üzgüçü.
2. sif. Suyun üzərində hərəkət edən; üzücü. Üzən nasos stansiyası. Üzən elektrik stansiyası.

ÜZƏNGİ (ID - 41155)

is. Süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı altı düz dəmir halqalardan hər biri. Rüstəm kişi boz atın üzəngisinə ayaq qoyanda Maya dönüb ferma işçilərilə görüşdü. M.İbrahimov. Ağaxan bəy üzəngidə...

ÜZƏR (ID - 41156)

(adətən üzərinə, üzərində, üzərindən şəklində işlənir) bax üst. Kitabı stolun üzərinə qoymaq. Məsuliyyəti üzərinə götürmək. Qələmlər masanın üzərindədir. Məsuliyyət sizin üzərinizdə qalır. Düşmən üzərinə...

ÜZƏRLİK (ID - 41157)

is. 1. bot. Çılpaq gövdəsi, ensiz yarpaqları olan çoxillik kol bitkisi.
2. Həmin bitkinin quru gövdəsi, yarpaqları və ya toxumu (keçmişdə yandırılaraq tüstüsü və iyi xəstələrə verilirdi). Üzərliksən, havasan; Həzar dərdə...

ÜZGƏC (ID - 41158)

is. Balıq və dəniz heyvanlarının hərəkət üzvü. Delfınin bel üzgəci. - Başqa heyvanlarda olan qabaq və dal ayaqlara müvafiq olaraq balıqlarda döş və qarın üzgəcləri vardır. Y.Əbdürrəhmanov.

ÜZGÖRDÜ, ÜZGÖRƏNLİK (ID - 41159)

bax tərəfgirlik. □ Üzgörənlik etmək - tərəf saxlamaq. [Çingiz:] Nəbi lələ, burada üzgörənlik etdin ha! S.S.Axundov. [Xədicə:] Orası doğrudur ki, Allah özü də üzgörənlik eləyir. Ə.Vəliyev.

ÜZGÖRƏ (ID - 41160)

sif və zərf dan. Aşkar, bəlli, açıq, açıqdan-açığa, açıq-aşkar. Üzgörə ədavət. Üzgörə düşmənçilik etmək.

ÜZGÖRÜMÇƏYİ (ID - 41161)

is. etnoqr. Təzəbəyin ilk dəfə təzəgəlinlə görüşərkən ona verdiyi hədiyyə. Gəlin ayağını bəyin ayağının üstə qoyduqda bəy də başa düşərdi ki, gəlin ondan üzgörümçəyi istəyir. H.Sarabski.

ÜZGÖRÜŞÜ (ID - 41162)

bax üzəçıxdı, üzəçıxma.

ÜZ-GÖZ (ID - 41163)

is. Sifət, üz. [Nəbi:] Yazığın üzgözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm. [Səlim] üz-gözünə, pərakəndə saçlarına çırpılan suyu, qarı tər kimi silib, barmaqları ilə tüklərini bir az yığışdırdı....

ÜZGÜÇÜ (ID - 41164)

is. Suda üzməyi bacaran adam, üzən adam; üzən, üzücü. Üzgüçü bir əlilə [uşağı] qucaqlayıb, o biri əlilə sahilə doğru üzməyə başladı. M.Hüseyn. // Üzgüçülüklə məşğul olan idmançı. Üzgüçülərin yarışı.

ÜZGÜÇÜLÜK (ID - 41165)

is. Suda üzmə, suyun üzərində və ya altında hərəkət etmə, üzmə. Sualtı üzgüçülük.

ÜZGÜN (ID - 41166)

sif. Taqətsiz, yorğun, üzülmüş, əldən düşmüş, zəif, üzük. Heç demirsən, qul Abbasın üzgündür; Qəm başından tutar, dərd ayağından. Aşıq Abbas. [Zakir] sonra üzgün bir halda cavab verdi. H.Seyidbəyli.

ÜZGÜNLƏŞMƏ (ID - 41167)

“Üzgünləşmək”dən f.is.

ÜZGÜNLƏŞMƏK (ID - 41168)

f Üzgün hala gəlmək, taqətdən düşmək, yorulmaq, üzülmək, əldən düşmək, zəifləmək.

ÜZGÜNLÜK (ID - 41169)

is. Taqətsizlik, yorğunluq, zəiflik, əldən düşmə. ..Birdən Səməd bədənində zəiflik, üzgünlük hiss etdi. I.Hüseynov.

ÜZLƏMƏ (ID - 41170)

“Üzləmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed