
ÜZBƏÜZ1. zərf Üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya. Üzbəüz oturmaq. - [Cavad:] Ana, mənim gözüm axunddan su içməyir, əvvəl deyirdi ki, qız ilə gərək üzbəüz danışam, biz də qızı gətirdik. B.Talıblı. □ Üzbəüz gəlmək - rast gəlmək, təsadüf etmək, rastlaşmaq, qarşılaşmaq, üz-üzə gəlmək. Üzbəüz gələn zaman ilk dəfə səhər-səhər; Mən sənə baxdım oğrun, sən mənə saldın nəzər. M.Rahim.
2. sif Qarşı, müqabil, ön. Qarayazıda binədə olan kənd camaatı yaylağa qalxmazdan əvvəl Gəmi qaya ilə üzbəüz meşədə dayanardılar. İ.Şıxlı. Paylaşın - Hamı bilsin
|