ÜMMƏT (ID - 40971)is. [ər.] 1. Xalq, camaat. Açdın gözünü rəncü məşəqqət görəcəksən; Millətdə qəm, ümmətdə küdurət görəcəksən. M.Ə.Sabir.
2. din. Bir peyğəmbərə inanan adamlar, xalq, camaat. [Fərrux Molla Qurbana:] Məhəmməd ümmətinin... |
ÜMUM (ID - 40972)is. [ər.] Hamı, hamısı. Ümuma aid məsələ. - [Anisimin] ixtirası keçmiş, ümumun təqdirini qazanmışdı. S.Rəhimov.
|
ÜMUMBƏŞƏRİ (ID - 40973)sif. [ər.] Bütün adamlara, bütün bəşəriyyətə xas olan, aid olan, bütün insanlar üçün əhəmiyyəti olan. Ümumbəşəri mövzu. - Əsil, həqiqi, böyük poeziya isə ümumbəşəri yaddaşdır. Y.Qarayev.
|
ÜMUMDÜNYA (ID - 40974)is. [ər.] Bütün dünyaya, dünyanın bütün ölkələrinə aid. Ümumdünya əhəmiyyətli kəşf. Ümumdünya konqresi. Ümumdünya Sülh Tərəfdarları Şurası.
|
ÜMUMƏN (ID - 40975) |
ÜMUMXALQ (ID - 40976)is. [ər.] Bütün xalq üçün ümumi, bütün xalqa aid. Ümumxalq mülkiyyəti. Ümumxalq bayramı.
|
ÜMUMİ (ID - 40977)sif. [ər.] 1. Ümuma, hamıya aid olan; hər şeyi, hamını əhatə edən, qavrayan. Ümumi seçki hüququ. Ümumi tərk-silah. // Hamıya, hər şeyə şamil olan, xas olan. Ümumi nöqsanlar. Ümumi qaydalar. Ümumi vəziyyət.
Hamıya və ya... |
ÜMUMİLƏŞDİRİLMƏ (ID - 40978)“Ümumiləşdirilmək”dən f.is.
|
ÜMUMİLƏŞDİRİLMƏK (ID - 40979) |
ÜMUMİLƏŞDİRMƏ (ID - 40980)1. “Ümumiləşdirməkdən f.is.
2. Ayrı-ayrı faktları, hadisələri müşahidə və öyrənmək nəticəsində hasil olan ümumi fikir, mülahizə; ümumi nəticə. Əsərdə irəli sürülən ümumiləşdirmələr. |
ÜMUMİLƏŞDİRMƏK (ID - 40981)f 1. Bir yerdə birləşdirmək, vahid bir küll halında birləşdirmək. [Firəngiz Muxtara:] Mənə elə gəlir ki, yazıçı hekayəsində xalqımızın müdrik fəlsəfəsini ümumiləşdirmişdir. B.Bayramov.
2. Bir sıra hadisə, ya faktı tutuşdurma... |
ÜMUMİLƏŞMƏK (ID - 40982)f . 1. Bir yerdə, bir ümumi şeydə birləşmək.
2. Ümumi olmaq, eyni dərəcədə hamıya, bütün cəmiyyətə məxsus olmaq; ictimailəşmək. |
ÜMUMİLİK (ID - 40983)is. 1. Ümuma, hamıya və ya çoxusuna aid olma; ümumiyyət.
2. Birlik, ayrılmazlıq, uyğunluq. Nöqteyinəzərlərin ümumiliyi. Məqsəd ümumiliyi. Dil ümumiliyi. |
ÜMUMİYYƏT (ID - 40984)[ər.] bax ümumilik 1-ci mənada. [Xamburabi:] Çünki cəmiyyət ümumiyyət, fərd isə xüsusiyyət deməkdir. Çəmənzəminli.
|
ÜMUMİYYƏTCƏ (ID - 40985)dan. bax ümumiyyətlə. Ümumiyyətcə, o, hazırlıqlı tələbədir.
|
ÜMUMİYYƏTLƏ (ID - 40986)1. Deyilənləri yekunlaşdırıcı, ümumiləşdirici ara söz kimi işlənir. Ümumiyyətlə, “Molla Nəsrəddin” susmağı bacarmırdı, o, etiraz etmək üçün doğulmuşdu. M.İbrahimov. Ümumiyyətlə, [Duma] pis dolanmamışdı, ancaq indi...
|
ÜMUMQOŞUN (ID - 40987)is. və sif Bütün qoşun növləri üçün ümumi, vahid olan, bütün qoşun növlərini qavrayan. Ümumqoşun taktikası. Ümumqoşun nizamnaməsi.
|
ÜMUMMİLLİ (ID - 40988)sif. [ər.] Bütün millət üçün ümumi olan, bütün millətə aid olan. Ümummilli dil. Ümummilli bayram.
|
ÜMUMRAYON (ID - 40989)is. [ər. ümum və fr. rayon] Bütün rayon üçün ümumi, bütün rayona aid. Ümumrayon iməciliyi.
|
ÜMUMRESPUBLİKA (ID - 40990)is. [ər. ümum və lat. respublika] Bütün respublika üçün ümumi, bütün respublikaya aid. Pambıq əkinlərinə ümumrespublika baxışı.
|
ÜMUMŞƏHƏR (ID - 40991)is. [ər.] Bütün şəhər üçün ümumi, bütün şəhərə aid. Ümumşəhər partiya konfransı. Ümumşəhər kitabxanası.
|
ÜMUMTƏHSİL (ID - 40992)sif. [ər.] Xüsusi deyil, ümumi təhsil verən. Ümumtəhsil məktəbləri.
|
ÜMUR (ID - 40993)is. [ər. “əmr” söz. cəmi] klas. İş, vəzifə. [Yusif Sərrac] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə.
|
ÜN (ID - 40994)is. qəd. Səs, səda. Ünümdən titrədi tamam vilayət; Eylə sandılar ki, qopdu qiyamət. M.P.Vaqif. Kədərli keçirdi dustağın günü; Gecə musiqisi bayquşun ünü. H.K.Sanılı.
|
ÜNAS (ID - 40995)is. [ər.] klas. Qadın, arvad. [Hacı Mehdi:] Mən dünən hamamdan qayıdan vaxt bir ünas tayfasına rast gəldim. Ə.Haqverdiyev.
|
ÜNQA (ID - 40996)is. [ər.] bax simurq.
|
ÜNLƏMƏK (ID - 40997)f . Səsləmək, çağırmaq.
|
ÜNS (ID - 40998)is. [ər.] 1. klas. İnsan, bəşər, adam. 2. Bax ünsiyyət. □ Üns bağlamaq (salmaq, tutmaq) - bax ünsiyyət bağlamaq (salmaq, tutmaq) (“ünsiyyət” də). Çün ol
bəşəriyyəti unutdu; Ahu onunla üns tutdu. Füzuli. Oğlan Nəriman... |
ÜNSİYYƏT (ID - 40999)is. [ər.] 1. Qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət. Hələ bir-birini tanımayan adamlar heç xəbərləri olmadan bir-birinə yaxınlaşır, onların arasında ülfət və ünsiyyət daha da möhkəmlənirdi. Ə.Əbülhəsən. Atla...
|
ÜNSİYYƏTLİ (ID - 41000)sif Adamlarla çox tez yaxşı münasibət yarada bilən; adamayovuşan, istiqanlı, mehriban. Ünsiyyətli adam.
|
ÜNSİYYƏTSİZ (ID - 41001)sif. Adamlarla münasibət yarada bilməyən; adamayovuşmaz, qanısoyuq. Ünsiyyətsiz adam.
|
ÜNSÜR (ID - 41002)is. [ər.] 1. Qədim materialist fəlsəfədə: təbiətin, bütün şeylərin, hadisələrin bünövrəsini təşkil edən əsas tərkib hissələrindən biri (od, su, hava, torpaq).
kim. Adi kimyəvi üsullarla tərkib hissələrinə ayrıla bilməyən,... |
ÜNVAN (ID - 41003)is. [ər.] 1. Bax adres 1 və 2-ci mənalarda. [Maral] çox sağ ol! - dedi və ünvanını verərək Qara kişini Bakıya, evinə qonaq çağırdı. Ə.Əbülhəsən. Ünvanlara baxa-baxa; Bir qapını döydü onlar. M.Dilbazi. Ünvanına şəklində...
|
ÜNYETMƏZ (ID - 41004) |
ÜRCAH (ID - 41005)is. məh.: ürcah olmaq - rast gəlmək, təsadüf etmək, rastlaşmaq. Gorusun qarşısında bunlar bir bəynən strajnikə ürcah oldular. “Qaçaq Nəbi” . [Şahpəri:] Nəvən ürcah olacaqdı ədabazın, yelbeyinin birinə, o da sənin qədrini...
|
ÜRƏFA (ID - 41006)is. [ər. “arif” söz. cəmi] klas. kit. Ariflər, mərifətli, ağıllı adamlar. Ürəfa məskəni olan Şirvan; Cühəla xabgahidir əlan. M.Ə.Sabir.
|
ÜRƏK (ID - 41007)is. 1. İnsanda qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində mərkəzi orqanı; qəlb. Ürəyin döyünməsi. Ürək xəstəliyi. // Döşün qol tərəfində həmin orqanın üstündəki yer. Ürəyini...
|
ÜRƏKAÇAN, ÜRƏKAÇICI (ID - 41008)sif Adamı fərəhləndirən, ürəyini açan, sevindirici. Ürəkaçan xəbər. - Ağasəfər Həmzənin bu cavan qardaşı oğlundan bir şey soruşmaq istədi ki, bəlkə ondan ürəkaçıcı bir cavab eşitsin. Ə.Əbülhəsən. Bayır yumşaq, ürəkaçan...
|
ÜRƏKAĞRISI (ID - 41009)is. Dərin təəssüf. [Vəkil:] Bu nə daşürəkli adamdır?! - deyə, ürəkağrısı ilə fikirləşirdi. Y.Əzimzadə.
|
ÜRƏKALTI (ID - 41010)sif. anat. Ürəyin altında yerləşən, olan. Ürəkaltı nahiyə.
|
ÜRƏKBİR (ID - 41011)sif. Çox yaxın, səmimi. Ürəkbir dost. - [Gənc:] İndi isə sürət qatarında qızıl diplomla, əlbir və ürəkbir yoldaşlarımla evə dönürəm. Mir Cəlal.
|
ÜRƏKBULANDIRAN, ÜRƏKBULANDIRICI (ID - 41012)sif. 1. Ürəyi bulandıran. Ürəkbulandırıcı qoxu. - [Xiyabani-Xanabadda evlərdə] yay-qış ürəkbulandırıcı bir çirk, dözülməz bir üfunət hökm sürməkdədir. M.Ibrahimov.
2. məc. Nifrət, ikrah hissi oyadan, mənfur, xoşagəlməz.... |
ÜRƏKBULANMA(SI) (ID - 41013)is. Mədənin qarışması, qusma ehtiyacı nəticəsində ürəyin bulanması; öyümə. Xəstəliyin başlanğıcında bəzən ürəkbulanma (öyümə) və qusma halları ola bilər.
|
ÜRƏKCİK (ID - 41014)“Ürək”dən oxş. və kiç. Dilbərin ürəkciyi yerindən oynadı, dərin bir ah qopardı. C.Cabbarlı.
|
ÜRƏKÇIRPINTISI (ID - 41015)is. 1. Bərk ürək döyünməsi.
2. məc. Həyəcan, iztirab. □ Ürəkçırpıntısı ilə - ürəyi çırpma-çırpma (sevincdən, maraqdan və s. hisslərdən). |
ÜRƏKDƏN (ID - 41016)zərf Can və könüldən, səmimi olaraq; qəlbən. Muxtar çox düşünmüş, götürqoy eləmiş, nəhayət, Çiçəyi ürəkdən sevmişdi. Ə.Vəliyev.
|
ÜRƏK-DİRƏK (ID - 41017)ürək-dirək vermək - ürək vermək, ürəkləndirmək, ruhlandırmaq, ümidləndirmək, təsəlli vermək, cəsarətləndirmək. Məşədibəy Səlimə ürək-dirək vermək əvəzinə, onu daha da kədərləndirdi. M.Hüseyn. Qayınanasının ona...
|
ÜRƏKDOLUSU (ID - 41018)zərf Həvəslə, fəxrlə, ağızdolusu, sevinə-sevinə.
|
ÜRƏKDÖYÜNMƏ(Sİ) (ID - 41019)is. Xəstəlik, həyəcan, iti yerimək və s. nəticəsində ürəyin teztez döyünməsi. [Xırdaxanım:] İstəmirəm, elə ürək döyünməm artıb. N.Vəzirov.
|
ÜRƏK-GÖBƏK (ID - 41020)ürək-göbək qalmamaq zar. - gülməkdən qəşş etmək. Xan bayıra çıxıb gördü ki, Qəhrəman gəlir, amma altında bir at var ki, altı ayağı, alnında bir gözü, iki də maral buynuzuna oxşar buynuzu vardı. Xanda ürək-göbək qalmadı....
|
Bu səhifə dəfə baxılıb