
ÜRƏKBULANDIRAN, ÜRƏKBULANDIRICIsif. 1. Ürəyi bulandıran. Ürəkbulandırıcı qoxu. - [Xiyabani-Xanabadda evlərdə] yay-qış ürəkbulandırıcı bir çirk, dözülməz bir üfunət hökm sürməkdədir. M.Ibrahimov.
2. məc. Nifrət, ikrah hissi oyadan, mənfur, xoşagəlməz. Ancaq [Fərrux və Qurban] teztez xoşagəlməyən, ürəkbulandırıcı xəbər eşidirdilər. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|