ÜRƏKis. 1. İnsanda qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində mərkəzi orqanı; qəlb. Ürəyin döyünməsi. Ürək xəstəliyi. // Döşün qol tərəfində həmin orqanın üstündəki yer. Ürəyini tutmaq. - Bibixanım əlini ürəyinin üstünə qoydu.. B.Bayramov.
məc. Həmin orqan insanın hiss, həyəcan, əhvali-ruhiyyə, təəssürat simvolu kimi. Adamın ürəyi sevinir. Ürəyini həyəcanlandırmaq. Ürəyim sakit deyil. - [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. U.Hacıbəyov. Ailədə ünsiyyət artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı. M.İbrahimov. // məc. Bu orqan həssaslıq, xeyirxahlıq simvolu kimi. Ürəyi olmayan adamlar onu başa düşə bilməzlər. // Həmin orqan məhəbbət, sevgi, eşq, vurğunluq, qəlbən bağlılıq kimi (bu mənada əsasən “qəlb” sözü işlənir). məc. bax qəlb2 2-ci mənada. [Fitnə:] Bu, elin öz istəyidir; El dövlətin ürəyidir. Şaiq. məc. Cəsarət, hünər. Gecə ikən bir qadının təkbaşına ormana getməsi böyük bir ürək və cəsarət istər. S.Hüseyn. Ürəyindən Paylaşın - Hamı bilsin
|