ÜRKÜ (ID - 41071)bax hürkü. Hünər uşaqlara məxsus bir ürkü və narahatlıqla gah əlindəki maşına, gah qonağa baxıb durur. Mir Cəlal.
|
ÜRKÜŞMƏ (ID - 41072)“Ürküşmək”dən f.is.
|
ÜRKÜŞMƏK (ID - 41073)bax hürküşmək. Şahzadə ibrahim baxdı, əgər Kələ-kötür bu bədənnən bazara girə bilsə, camaat ürküşəcək. (Nağıl). Çəpişlər irəliyə gedir, bəzən ürküşür. M.Seyidzadə.
|
ÜRKÜTMƏ (ID - 41074)“Ürkütmək”dən f.is.
|
ÜRKÜTMƏK (ID - 41075)bax hürkütmək. [Gülöyşə] doktoru ürkütmək, qaçarağa salmaq və lazım gəlsə, lap daşdan-qayadan belə uçurmaq istəyirdi. S.Rəhimov. Mahmudun hiss və həyəcan dolu baxışları, deyəsən, gənc qızı ürkütdü. Ə.Əbülhəsən.
|
ÜRPƏRMƏ (ID - 41076)“Ürpərmək”dən f.is.
|
ÜRPƏRMƏK (ID - 41077)tükləri (tükü, əti, bədəni, əndamı) ürpərmək - tükləri biz-biz qalxıb dərisi qabar-qabar olmaq (qorxudan, dəhşətdən və s. hisslərdən). Sahillərə hücum çəkən dalğadır, ya dağ; Tük ürpərir, fikir çaşır onun səsindən....
|
ÜRPƏŞMƏ (ID - 41078)“Ürpəşmək”dən f.is.
|
ÜRPƏŞMƏK (ID - 41079)bax ürpərmək. [Göyçəyin] əti ürpəşdi. Başına ağrı sıçradı. Ə.Vəliyev. Bu baxışlardan qızın bədəni ürpəşdi və tez üzünü çevirdi. Q.Ilkin.
|
ÜRPƏTMƏ (ID - 41080)“Ürpətmək”dən f.is.
|
ÜRPƏTMƏK (ID - 41081)tükü (əti, bədəni) ürpətmək - dəhşətə gətirmək, sarsıtmaq.
|
ÜRYAN (ID - 41082)sif 1. Çılpaq, lüt. [Misir:] Əkin əkən, biçin biçən, ov ovlayan; Bədənləri büsbütün üryan; Yoxsul babaların yurdudur. O.Sarıvəlli. Yarpağı tökülmüş, yarpaqsız, çılpaq (ağac, kol və s. haqqında). Sərvü sənubərin afəti-xəzan;...
|
ÜSKÜK (ID - 41083)is. məh. bax oymaq3. Həsən sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarının arxasını diqqətlə büzmələməyə başladı. Çəmənzəminli.
|
ÜSKÜKOTU (ID - 41084)is. bot. Dağ meşələrində, cəngəlliklərdə bitən, üskükə oxşar çiçəkləri olan çoxillik ot bitkisi.
|
ÜSLUB (ID - 41085)is. [ər.] 1. Yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideyabədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. Romantik üslub. Qotik üslub....
|
ÜSLUBİ (ID - 41086)sif. [ər.] Üsluba aid, üslubla əlaqədar, üslub baxımından. Üslubi səhv. Lüğətdə üslubi işarələr. Romanın üslubi xüsusiyyətləri.
|
ÜSLUBİYYAT (ID - 41087)is. [ər. “üslub” söz. cəmi] Ədəbiyyat nəzəriyyəsinin, bədii əsərin dil xüsusiyyətlərini və ifadə vasitələrini öyrənən bəhsi. // Bədii əsərin dilinin xüsusiyyətləri və ifadə vasitələri.
|
ÜSRƏT (ID - 41088)is. [ər.] köhn. 1. Çətinlik, zəhmət.
2. Sıxıntı, ehtiyac. |
ÜST (ID - 41089)sif. və zərf 1. Bir şeyin ən yuxarı səthi, üzü; üzər (alt ziddi). Şkafın üstünü təmizləmək. - Sona kağızı mizin üstünə qoymuşdu. N.Nərimanov. Dildarın hirsi xeyli soyumuş, köpü bir az alınmışdı. Könülsüz-könülsüz...
|
ÜST-BAŞ (ID - 41090)is. Paltar, pal-paltar, geyim. [Qumral:] Anacan, sən qapını aç, mən gedim, üst-başımı qaydaya salım. S.Rəhman. Tofiqin üst-başı islanmışdı, özü də yaman qorxmuşdu. M.Rzaquluzadə.
|
ÜSTDƏN-AŞAĞI (ID - 41091)zərf 1. Yuxarıdanaşağıya, yuxarıdan-aşağıya enərək, başıaşağı. Valentina isə oğlu ilə qızını ötərək üstdənaşağı toplara sarı cumdu. Ə.Əbülhəsən.
2. Başdan-ayağa, yuxarıdan-aşağıya. Çox qəlbi yerdə dayanmış... |
ÜSTƏGƏL (ID - 41092)is. riyaz. 1. Toplama əməlini və ya kəmiyyətin müsbətliyini göstərən işarə (+).
2. İki rəqəmin toplandığını göstərmək üçün onların arasında işlədilir. Beş üstəgəl üç, səkkizə bərabərdir. |
ÜSTƏGƏLMƏ (ID - 41093)is. riyaz. Rəqəmləri birbirinin üstünə gəlmə; toplama.
|
ÜSTƏLƏMƏ (ID - 41094)“Üstələmək”dən f.is.
|
ÜSTƏLƏMƏK (ID - 41095)f Üstün gəlmək, qalib gəlmək, məğlub etmək. Teymur sevinir ki, mollanı üstələyib. “M.N.lətif.”
|
ÜSTƏLİK (ID - 41096)1. is. Bir şeyin üstündə verilən şey; əlavə.
2. zərf Əlavə olaraq. [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib” .... |
ÜSTQURUM (ID - 41097)is. Cəmiyyətin siyasi, hüquqi, dini, bədii, fəlsəfi görüşləri və onun iqtisadi quruluşunun - bazisinin bunlara müvafiq olaraq yaratdığı siyasi, hüquqi və s. təsisatların məcmusu.
|
ÜSTLÜK (ID - 41098)is. Bir şeyin üstünü örtməyə, üstünə çəkməyə məxsus şey. Dəri üstlüyü.
|
ÜSTÜAÇIQ (ID - 41099)1. sif. Üstü örtülməmiş, üstü açıq olan; damı, qapağı olmayan; açıq. [Qoşatxan:] [Xəstəni] üstüaçıq maşında xəstəxanaya aparmaq olmaz. M.İbrahimov. [Məntəqənin] qapı-pəncərələri və üstüaçıq taxta balkonları rənglənmişdi....
|
ÜSTÜN (ID - 41100)sif. 1. Bənzərlərinə görə daha yaxşı, daha yüksək səviyyədə olan, onları geridə buraxan. [Ərəstun:] Sənətkarlıqla yazılmış balaca bir şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür! S.Rəhimov. [Sərətan:] Üstündür...
|
ÜSTÜNLÜK (ID - 41101)is. Bənzərləri arasında daha yaxşı, daha yüksək, daha əlverişli olma. Ağbulaq dağlarının bütün gözəllik və üstünlükləri Sevildə unudulmaz .. bir təsir buraxdı. S.Rəhimov. □ Üstünlük vermək - bir neçələri və ya çoxları...
|
ÜSTÜÖRTÜLÜ (ID - 41102)1. sif. Üstü örtülmüş, üstü açıq olmayan, örtüsü olan, örtülü. Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü. S.M.Qənizadə. Üstü-örtülü, qara bir maşın gecənin sakitliyini pozdu. S.Vəliyev.
2.... |
ÜSTÜPƏRDƏLİ (ID - 41103)bax üstüörtülü 2-ci mənada.
|
ÜSTÜRLAB (ID - 41104)is. [ər. əsli yun.] Keçmişdə göy cisimlərini müşahidə etmək üçün işlədilmiş astronomik cihaz. Kimi pərgar ilə həndəsi şəkillər çəkər, kimi durbinlə yan pəncərədən Günəşə baxar, kimi üstürlabla və bəziləri də kitab...
|
ÜST-ÜSTƏ (ID - 41105)zərf 1. Bir-birinin üstünə, qalaq-qalaq. Rəflərdə pas atmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli. Ana sacı külləyib ocaq qalayır, kətə bişirib içinə təzə yağ qoyur, isti qalması üçün üst-üstə yığır, süfrə...
|
ÜSUL (ID - 41106)is. [ər.] 1. Hər hansı işdə tətbiq edilən sistem, yol, qayda, tərz, metod. Qabaqcılların iş üsulu. Tədris üsulu. - [Sərdaroğlu] şagirdləri tez-tez zavoda aparıb istehsalatla, yeni üsullarla işləyən ustaların işləri ilə tanış...
|
ÜSULCA, ÜSULLUCA (ID - 41107)zərf Ehtiyatla, üsulla, asta-asta, yavaşca, ehmalca. [Məcid əfəndi:] Üsulluca hərəkət etməliydin. H.Cavid.
|
ÜSULİ-CƏDİD (ID - 41108)is. [ər.] köhn. Yeni üsul, yeni qayda. O vaxt üsuli-cədidə bələd olan müəllim bir nəfər isə də müsəlmanlardan yox idi. F.Köçərli. □ Üsuli-cədid məktəbi tar. 1905-ci il inqilabından sonra Azərbaycanın müxtəlif şəhərlərində...
|
ÜSULİ-İDARƏ (ID - 41109)is. [ər.] Bir ölkənin idarə üsulu, dövlət quruluşu, rejim. Çar üsuliidarəsi. Xalq demokratik üsuli-idarəsi. - Bizim üsuli-idarədə fitnə-fəsada yol verilməz, deyə, Nadir dayısına [cavab verdi]. B.Talıblı.
|
ÜSULLU (ID - 41110)1. sif Ehtiyatlı, ehmallı, üsulla, ehtiyatla işgörən, hərəkət edən. Üsullu adam. Üsullu hərəkət.
2. Bax üsulluca. [Hacı Murad:] Ay ayı oğlu ayı, üsullu tərpənə bilmirsən? S.S.Axundov. |
ÜSYAN (ID - 41111)is. [ər.] 1. Köhnə ictimai quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi silahlı çıxış. Kəndli üsyanları. - Bir üsyanla doğacaqdır azadlığın ilk ulduzu! S.Vurğun. Aydın olsun hamıya; Xalqın gücü;...
|
ÜSYANÇI (ID - 41112)is. 1. Üsyanda iştirak edən, üsyan iştirakçısı. [Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər. H.Nəzərli. [Komandan:] Məqsəd xalqı qırmaq deyil, üsyanı yatırdıb, üsyançıları ələ gətirməkdir. Ə.Haqverdiyev.
2.... |
ÜSYANÇILIQ (ID - 41113)is. Üsyana meyil göstərmə, bir şeyə qarşı haqlı-haqsız baş qaldırma, qarşı durma.
|
ÜSYANKAR (ID - 41114)[ər. üsyan və fars. ...kar]
Bax üsyançı. [Kapitan qərargah rəisinə:] Biz .. üsyankarları taparıq. S.Vəliyev. sif. Narazılıq, qəzəb, hiddət ifadə edən. Üsyankar baxış. - Firidun Musa kişinin üsyankar bir sifətlə Hikmət... |
ÜSYANKARLIQ (ID - 41115)is. 1. Üsyançılıq, üsyana meyil.
2. məc. Bir şeyə qarşı baş qaldırma, mənfi münasibət, narazılıq, barışmazlıq göstərmə. Ani olaraq Rüxsarədə yenə də əsəbi bir üsyankarlıq baş qaldırmaq istəyirdi. S.Rəhimov. |
ÜŞÜDÜCÜ (ID - 41116)sif. Üşüdən, soyuq, dondurucu. Sonra sərin, üşüdücü dərəcədə sərin bir meh əsdi. M.Rzaquluzadə.
|
ÜŞÜMƏ (ID - 41117)“Üşümək”dən f.is.
|
ÜŞÜMƏK (ID - 41118)f 1. Canına üşütmə düşmək, bədənində soyuğun təsirini hiss etmək, soyuqdan titrəmək. Ləhləyirlər, tərləyirlər, əl-üzləri qızarmış; Bir parası çox üşüyür, əl-üzləri bozarmış. A.Səhhət. Soyuq yel əsməyə başladı....
|
ÜŞÜNMƏ (ID - 41119)“Üşünmək”dən f.is.
|
ÜŞÜNMƏK (ID - 41120)bax üşümək. Üşünürsən, görürəm, söylə nə var? M.Rahim.
|
Bu səhifə dəfə baxılıb