.....i_l_by_id_with_comments
ÜSULİ-CƏDİDis. [ər.] köhn. Yeni üsul, yeni qayda. O vaxt üsuli-cədidə bələd olan müəllim bir nəfər isə də müsəlmanlardan yox idi. F.Köçərli. □ Üsuli-cədid məktəbi tar. 1905-ci il inqilabından sonra Azərbaycanın müxtəlif şəhərlərində açılan yeni tipli məktəbin adı. Günlərin bir günündə Dəcəlabad marallarım məclis qayırıb qət edirlər ki, bir üsuli-cədid məktəbi açsınlar. Ə.Haqverdiyev. [Tahirzadə:] Kəndli uşağına məktəb lazımdır, üsuli-cədid məktəbi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|