ÜSTÜAÇIQ1. sif. Üstü örtülməmiş, üstü açıq olan; damı, qapağı olmayan; açıq. [Qoşatxan:] [Xəstəni] üstüaçıq maşında xəstəxanaya aparmaq olmaz. M.İbrahimov. [Məntəqənin] qapı-pəncərələri və üstüaçıq taxta balkonları rənglənmişdi. Ə.Sadıq. // zərf Üstünə heç bir şey örtmədən, üstünə heç bir şey salmadan. [Sultan bəy:] Ay qız Telli, min kərə demişəm ki, mən yatanda gəl, mənim üstümü basdır, indi üstüaçıq yatmışam, deyəsən, belimə soyuq dəyibdir. Ü.Hacıbəyov.
2. zərf Açıq surətdə, açıq, gizlətmədən. [Bəhlul:] Nicat dayı məndən soyumuşdu, hərdən lap üstüaçıq şəkildə məni danlayırdı. Bayramov. Paylaşın - Hamı bilsin
|