İzahlı lüğət

ÜÇYARPAQ (ID - 40921)

sif. bot. Rütubətli yerlərdə və axar suların kənarlarında bitən ot bitkisi.

ÜÇYAŞAR (ID - 40922)

bax üçillik2-ci mənada. Üçyaşar heyvan. - Onun altında üçyaşar ürkə idi, mənimkində Tağı əminin boz madyanı. S.S.Axundov.

ÜÇYAŞLI (ID - 40923)

sif. Üç yaşı olan. Üç-yaşlı qız. Üçyaşlı uşaq.

ÜÇYERLİ (ID - 40924)

sif. Üçadamlıq yeri olan. Üçyerli loja.

ÜÇYÜZİLLİK (ID - 40925)

bax üçəsrlik. Üçyüzillik tarixi olan qala.

ÜÇZİRVƏLİ (ID - 40926)

sif. Üç zirvəsi (təpəsi, ucu) olan. Üçzirvəli dağ.

ÜDÜLƏMƏ (ID - 40927)

“Üdüləmək”dən f.is.

ÜDÜLƏMƏK (ID - 40928)

f dan. Boş-boş danışmaq, çərənləmək, naqqallıq eləmək. □ Üdüləyibtökməkbax üdüləmək.

ÜFLƏMƏ (ID - 40929)

“Üfləmək”dən f.is.

ÜFLƏMƏK (ID - 40930)

bax üfürmək. Gülsüm xala uşağın ağzını əli ilə örtüb, üzündən üflədi. Ə.Haqverdiyev. Xəlil acı-acı gülümsədi, papirosunun göyümtül, qatı tüstüsünü küləyə üflədi. M.Hüseyn.

ÜFUNƏT (ID - 40931)

is. Pis iy, pis qoxu. Nə küçələrdə üfunət, nə döngələrdə zibil var. Ə.Nəzmi. Otağı iylənmiş dəri qoxusu kimi bir üfunət bürümüşdü. I.Hüseynov.

ÜFUNƏTLƏNDİRMƏ (ID - 40932)

“Üfunətləndirmək”dən f.is.

ÜFUNƏTLƏNDİRMƏK (ID - 40933)

f . Üfunətlənməsinə, pis qoxu verməsinə səbəb olmaq; iyləndirmək. Səliqəli maldarlar çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər tövlə həyətinə və...

ÜFUNƏTLƏNMƏ (ID - 40934)

“Üfunətlənmək”dən f.is.

ÜFUNƏTLƏNMƏK (ID - 40935)

f. Pis iy, pis qoxu vermək; iylənmək.

ÜFUNƏTLİ (ID - 40936)

sif. Pis iy verən, pis qoxulu, üfunət yayan, pis iyli. [Həsən] həyətdə paslı tənəkələr arası ilə keçib, üfunətli pilləkənə yanaşdı. Çəmənzəminli. Tahirzadə tozlu, üfunətli yerlərdən keçərək daş döşəməli yoxuş küçə...

ÜFÜQ (ID - 40937)

is. [ər.] 1. Göyün yer və ya su səthi ilə bitişik kimi görünən xətti. Ulduzlar tökülür dənizə bir-bir; Üfüqdə açılır səhərin gözü. R.Rza. Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir....

ÜFÜQİ (ID - 40938)

sif [ər.] Üfüq xəttinə paralel, şaquli xəttə perpendikulyar olan. Üfüqi xətt. Üfüqi səth.

ÜFÜRMƏ (ID - 40939)

“Üfürmək”dən f.is.

ÜFÜRMƏK (ID - 40940)

f Dodaqlarını büzərək ağızdakı havanı şiddətlə bir şeyə yönəltmək. // Bu işi yanmaqda olan bir şeyi söndürmək və ya qızışdırmaq, ya da qızğın şeyi soyutmaq üçün etmək. Şamı üfürüb söndürmək. Çayı üfürüb...

ÜQAB (ID - 40941)

is. [ər.] köhn. Qaraquş, qartal. Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör! M.Ə.Sabir.

ÜQƏLA (ID - 40942)

is. [ər.] köhn. Ağıllı adamlar. Hər nə görsən, görəcəksən üqəla və füzəla; Hamı təsdiq edəcək, hər nə buyursa üləma. Ə.Vahid.

ÜLƏMA (ID - 40943)

is. [ər. “alim” söz. cəmi] Alimlər. Üləmalar üz döndərib xudadan. Q.Zakir. Şəhərin böyük üləma və dərvişləri [Nəsiminin] ziyarətinə getməyə başladılar. Çəmənzəminli.

ÜLFƏT (ID - 40944)

is. [ər.] 1. Qarşılıqlı, xoş, mehriban münasibət, yaxınlıq, əlaqə, ünsiyyət, dostluq. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar....

ÜLGÜ (ID - 40945)

is. 1. Paltar və ya ayaqqabı hissələrini biçmək üçün nümunə; ölçü-biçi, əndazə. Paltar ülgüsü. // Nümunə model. Pəncərə qabağında bir buruq ülgüsü var. R.Rza.
2. məc. Ölçü, ölçü vahidi, meyar. Mən qadın xarakteri...

ÜLGÜC (ID - 40946)

is. 1. Tük qırxmaq üçün iti bıçaq.
Dəllək kisəbəndindən enli ülgücünü çıxarıb qırxırdı. Çəmənzəminli. [Almurad] ülgüclə qırxılmış başının tərini sildi. İ.Əfəndiyev.
2. xüs. Müxtəlif alətlərin kəsici...

ÜLGÜCLƏMƏ (ID - 40947)

“Ülgücləmək”dən f.is.

ÜLGÜCLƏMƏK (ID - 40948)

f . 1. Ülgüclə qırxmaq. Üzünü ülgücləmək.
2. köhn. Ülgüclə çərtmək, ülgüclə qan almaq. Dalını ülgücləmək.

ÜLGÜÇÜ (ID - 40949)

is. Ülgü tutan, model düzəldən; modelçi.

ÜLKƏR (ID - 40950)

is. Dana bürcündə yeddi ulduz topasının adı; Sürəyya. // Ümumiyyətlə ulduz. Karvan-karvan göydən ulduzlar köçür; Öz bəxtinə hər kəs bir ülkər seçir. S.Vurğun. Kim deyir ulduzun göydə sanı var? Hər yanan ülkərin öz dövranı...

ÜLUM (ID - 40951)

is. [ər. “elm” söz. cəmi] klas. Elmlər. O əsrə nisbət hələ ülumun və sənayenin ziyadə tərəqqisi yox idi. M.F.Axundzadə. Və bir də bu məktəblilər bilümum; Oxurlar kamalınca ali ülum. M.Ə.Sabir.

ÜLÜŞ (ID - 40952)

is. məh. Arasına halva qoyulmuş yuxa, lavaş.

ÜLVİ (ID - 40953)

sif. [ər.] 1. tənt. Yüksək, ali, uca, müqəddəs. Ülvi amal. - [Nizami:] Sən bilirsən, anacan, dünyada ən yüksək, əm ülvi şey nədir? M.Hüseyn. Kişi söylədi ki: “Yüksəkdir ana; Ondan ülvi varlıq varmı dünyada?” N.Xəzri.
2....

ÜLVİLİK (ID - 40954)

bax ülviyyət. Qulam müəllim yaşaran çocuq gözlərini təsəvvürünə gətirir, burada bir ülvilik və qüdsilik görürdü. S.Rəhimov.

ÜLVİYYƏT (ID - 40955)

is. [ər.] tənt. Yüksəklik, alilik, ucalıq, ülvilik, müqəddəslik. Məcnunluq gözəldir! “Bu nədir?” - deyə; Hər cahil anlamaz bu ülviyyəti; Yazıq o kəsə ki, yoxdur bir şeyə; Nə sonsuz nifrəti, nə məhəbbəti! B.Vahabzadə....

ÜMDƏ (ID - 40956)

sif. [ər.] Ən əsas, ən mühüm, başlıca, birinci. Ümdə məsələ. Ümdə vəzifə. - [Nuxulular:] Əvvələn, o cənabın ziyarəti ömdə mətləbdir. M.F.Axundzadə. Güllü xanım söhbətin .. ümdə mahiyyətini anlayan kimi ayağa qalxdı....

ÜMƏRA (ID - 40957)

is. [ər. “əmir” söz. cəmi] klas. Əmirlər, hakimlər. Sən dur ayaq üstə, demə bir söz ümərayə; Caiz deyil insanca danışmaq füqərayə. M.Ə.Sabir.

ÜMİD (ID - 40958)

is. 1. Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb, özü mənim köməyimə yetişər. M.Rzaquluzadə.
məc. Ümid...

ÜMİDGAH (ID - 40959)

is. klas. Ümid bağlanılan yer və ya adam. Vüsalə rəğbətim artır çəkəndə hicr qəmin; Xilasi-yol dilərəm öz ümidgahimdən. Ə.Vahid.

ÜMİDLƏNDİRMƏ (ID - 40960)

“Ümidləndirmək”dən f.is.

ÜMİDLƏNDİRMƏK (ID - 40961)

f . Ümidvar etmək, ümid vermək, arxayın etmək.

ÜMİDLƏNMƏ (ID - 40962)

“Ümidlənmək”dən f.is.

ÜMİDLƏNMƏK (ID - 40963)

f . Ümidvar olmaq, ümid bəsləmək, ümid etmək, arxayın olmaq.

ÜMİDLİ (ID - 40964)

sif. 1. Bir işin yaxşı qurtaracağına ümid verən; ümidverici. Ümidli məsləhət. - [Qəhrəman] o gözlərdə, o dodaqlarda silinməz, ümidli və səmimi bir təbəssüm duyurdu. H.Nəzərli.
2. Ümid edilə bilən, inanılan, etibarlı....

ÜMİDSİZ (ID - 40965)

sif. və zərf 1. Heç bir ümid verməyən, ümid edilməyən, arxayın etməyən. Ümidsiz cavab.
2. Ümidini kəsmiş, məyus, naümid. Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. A.Şaiq. Teymur isə o qədər də ümidsiz deyildi. M.Hüseyn....

ÜMİDSİZCƏ(SİNƏ) (ID - 40966)

zərf Ümidsiz halda, ümidini itirmiş halda, ümidsizliklə. Ümidsizcə cavab vermək. - Bu xain və rəhmsiz zərbə ümidsizcəsinə qayalar arxasında can çəkişən bir ağ süvarinin idi. H.Nəzərli. // Çarəsizcə(sinə).

ÜMİDSİZLİK (ID - 40967)

is. Heç bir ümid olmadığı hal; naümidlik. [Kamran:] O çöhrələrdə, o gözlərdə ümidsizlikdən bir əsər varmı? H.Nəzərli. [Zeynəb] ümidsizliyin ağır yollarını keçib dolanmış olduğundan o yollardakı vahiməli qaranlığa bələd...

ÜMİDVAR (ID - 40968)

sif. 1. Ümidli, ümid edən. □ Ümidvar etmək - bax ümidləndirmək. Ümidvar olmaq - 1) ümid etmək, arxayın olmaq. [Molla Xəlil] belə bir mübarizədən qalib çıxacağına ümidvar olsaydı, müəllimlə rəftarı tamamilə başqa tərzdə...

ÜMİDVERƏN, ÜMİDVERİCİ (ID - 40969)

sif. 1. Bəslənilən ümidi doğruldacaq, gələcəkdə kamil bir insan olacağına ümid bəslənilən, gələcəyi olan. [Gənc yazıçılar arasında] istedadlı və ümidverici gənclər vardır. Qəzetlərdən.
2. Ümid ifadə edən, ümidli....

ÜMMAN (ID - 40970)

is. [ər.] 1. Böyük dəniz, dərya, okean. Bir fırtına quşu olub; Baş vurmuşam ümmanlara; Dənizdə dürr axtarmışam. R.Rza. Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli. // Şairanə təşbehlərdə....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed