
ÜLFƏTis. [ər.] 1. Qarşılıqlı, xoş, mehriban münasibət, yaxınlıq, əlaqə, ünsiyyət, dostluq. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. □ Ülfət etmək (bağlamaq) - birbiri ilə əlaqəsi olmaq, yaxınlıq etmək, əlaqə yaratmaq, ünsiyyətdə olmaq. İnsan insan ilə həmişə ülfət bağlamağa mayildir, necə ki heyvan ilə. C.Məmmədquluzadə. // Görüşmə, qaynayıb-qarışma.
2. Sevgi, məhəbbət. Bağrıma basıram ana Vətəni; Bu ülfət ilhama çağırır məni! S.Vurğun. Paylaşın - Hamı bilsin
|