ÜFÜQis. [ər.] 1. Göyün yer və ya su səthi ilə bitişik kimi görünən xətti. Ulduzlar tökülür dənizə bir-bir; Üfüqdə açılır səhərin gözü. R.Rza. Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir. M.Rzaquluzadə. // Göyün yerə doğru əyilmiş kimi görünən hissəsi. Bulud üfüqü örtmüşdü. - O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. // Gözlə görünən göy sahəsi; ənginlik. Təyyarə üfüqdə uçurdu. // Obrazlı təşbehlərdə. Bir fırtına müjdəsi var üfüqlərin gözündə; Qasırğalar rəqs etmədə göy dənizin
üzündə. A.İldırım. Açılır üfüqün nur sərhədləri; Səhər toranını göylər əridir. M.Araz. 2. məc. (adətən cəm şəklində). İmkan, fəaliyyət sahəsi. Elmdə yeni üfüqlər açmaq. Paylaşın - Hamı bilsin
|