
ÜMMANis. [ər.] 1. Böyük dəniz, dərya, okean. Bir fırtına quşu olub; Baş vurmuşam ümmanlara; Dənizdə dürr axtarmışam. R.Rza. Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli. // Şairanə təşbehlərdə. Xoş olar ürəyin ümmanı varsa; Sevinci, şadlığı duyanı varsa. N.Xəzri.
2. məc. Hədsiz, həddən artıq, sonsuz, çox. Ümman dərdim var mənim; Könlüm olur xar mənim; Məskənim dağlar başı; Həmdəmimdir qar mənim. (Bayatı). Paylaşın - Hamı bilsin
|