
ÜMİDVERƏN, ÜMİDVERİCİsif. 1. Bəslənilən ümidi doğruldacaq, gələcəkdə kamil bir insan olacağına ümid bəslənilən, gələcəyi olan. [Gənc yazıçılar arasında] istedadlı və ümidverici gənclər vardır. Qəzetlərdən.
2. Ümid ifadə edən, ümidli. Ümidverici vəziyyət. - Rüstəm kişi fikrini ümidverici sözlərlə qurtardı. M.İbrahimov. Lakin içəridən çıxanların heç birisinin sifətində ümidverici bir əlamət görünmürdü. B.Bayramov. Paylaşın - Hamı bilsin
|