ÜZÜSTƏ (ID - 41228)zərf Üzü aşağı olduğu halda, üzüqoylu. Üzüstə yıxılmaq. Üzüstə yerə dəymək. - Bayatı çəkən oğlan üzüstə uzanıb, nə isə deyirdi. Mir Cəlal.
|
ÜZÜSULU (ID - 41229)zərf dan. Biabır olmadan, öz abrını saxlayaraq. [Ələsgər:] Gecə-gündüz Allaha şükür elə ki, üzüsulu bu bihəyanın üzündən qurtardın. Ə.Haqverdiyev. Əlisa dinməz-söyləməz, üzüsulu çıxıb getdi. S.Rəhimov.
|
ÜZÜŞMƏ (ID - 41230)“Üzüşmək”dən f.is.
|
ÜZÜŞMƏK (ID - 41231) |
ÜZÜYOLA (ID - 41232)sif. Sözəbaxan, məsləhətə qulaq asan, söz eşidən, inad olmayan. Üzüyola adam. - Əsmər təbiəti yumşaq, üzüyola bir qızdır. S.Hüseyn. Dursun arvad oğlunun üzüyola (z.) olduğuna şübhə etmədiyi üçün bu tədbirləri hələlik...
|
ÜZÜYOLALIQ (ID - 41233)is. Üzüyola adamın xasiyyəti; sözə, məsləhətə qulaq asma, sözə baxma. Üzüyolalıq yaxşı xasiyyətdir. - Səfər kişinin üzüyolalığı hamıya məlumdur. Mir Cəlal.
|
ÜZÜYUXARI (ID - 41234)zərf Aşağıdan yuxarıya doğru; başıyuxarı. Üzüyuxarı çıxmaq. - Maşın küçələri axşamüstü gəzintisinə çıxmış adamlarla dolu olan Şimranı üzüyuxarı qalxırdı. M.İbrahimov. Yusif üzüyuxarı çinara baxdı. B.Bayramov.
|
ÜZÜYUMŞAQ (ID - 41235)sif Xahişdən keçə bilməyən; xasiyyəti yumşaq. Üzüyumşaq kişi.
|
ÜZÜYUMŞAQLIQ (ID - 41236)sif. dan. Üzüyumşaq adamın xasiyyəti.
|
ÜZ-ÜZƏ (ID - 41237)bax üzbəüz. Oturub üz-üzə üç nəfər çoban; Yanıq Əjdər, Qara Qurban, gənc Osman. H.K.Sanılı. Vaxt olur, üz-üzə də; Əyləşir iki düşmən. H.Hüseynzadə. □ Üz-üzə gəlmək - 1) bax üzbəüz gəlmək. ..Mirzağa Cəmilə ilə...
|
ÜZV (ID - 41238)is. [ər.] 1. İnsan bədəninin bir hissəsi; orqan, əza. Bədən üzvləri. - Orqanizm üzvlərdən ibarətdir. Bu üzvlərin hər biri müəyyən vəzifə ifa edir. “İnsanın anatomiya və fiziologiyası” . insanın heç bir üzvündən o qədər...
|
ÜZVİ (ID - 41239)sif. [ər.] 1. Həyat prosesləri ilə səciyyələnən; canlı, orqanik. Üzvi aləm. Üzvi təbiət.
Heyvan və bitki orqanizmlərinin pozulması, çürüməsi nəticəsində əmələ gələn; belə çürümənin məhsulu olan. Üzvi gübrələr.... |
ÜZVLÜK (ID - 41240) |
Bu səhifə dəfə baxılıb