ÜZ-ÜZƏbax üzbəüz. Oturub üz-üzə üç nəfər çoban; Yanıq Əjdər, Qara Qurban, gənc Osman. H.K.Sanılı. Vaxt olur, üz-üzə də; Əyləşir iki düşmən. H.Hüseynzadə. □ Üz-üzə gəlmək - 1) bax üzbəüz gəlmək. ..Mirzağa Cəmilə ilə yenə üz-üzə gəldi. S.Hüseyn. Səməd əmisi ilə üz-üzə gələndə həmişə ürəyində bir sıxıntı, qorxu və narahatlıq hiss edərdi. İ.Hüseynov; 2) məc. toqquşmaq, çarpışmaq. Azğın küləklərlə gəlib üz-üzə; Gah batdım dənizə, gah çıxdım üzə. Ə.Cavad. Təbiətlə nə qədər; insan üz-üzə gəldi. B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|