
ÜZVis. [ər.] 1. İnsan bədəninin bir hissəsi; orqan, əza. Bədən üzvləri. - Orqanizm üzvlərdən ibarətdir. Bu üzvlərin hər biri müəyyən vəzifə ifa edir. “İnsanın anatomiya və fiziologiyası” . insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki dilindən yetişər. C.Məmmədquluzadə.
2. Hər hansı bir təşkilatın, birliyin, cəmiyyətin və s.-nin tərkibinə daxil olan adam. Partiya üzvü. Yerli komitənin üzvü. - [Nüsrət:] Yoldaş imamyar da kolxozun ən çalışqan üzvlərindən biridir. C.Cabbarlı. Laçın ailə üzvləri ilə görüşdü. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|