İzahlı lüğət

ÜSTÜN

sif. 1. Bənzərlərinə görə daha yaxşı, daha yüksək səviyyədə olan, onları geridə buraxan. [Ərəstun:] Sənətkarlıqla yazılmış balaca bir şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür! S.Rəhimov. [Sərətan:] Üstündür hələlik şair Xaqani; Odur söz mülkünün qadir sultanı. M.Rahim. // Keyfiyyət və kəmiyyətcə daha yüksək, daha əlverişli olan. Əl əldən üstün olar. (Məsəl).
2. Qalib gələn, qələbə çalan, qalib. □ Üstün gəlmək - qalib gəlmək, qələbə çalmaq. [2-ci cariyə Səyavuş haqqında:] Qəhrəmandır, üstün gəlir aslana! H.Cavid. Kərim baba sükutla başını tərpətdi. Ayrımqızı üstün gəldiyini hiss edərək özünü doğrultdu. A.Şaiq. Üstün tutmaq - bax üstünlük vermək Çüstünlük’də).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ÜZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed