
ÜSYANis. [ər.] 1. Köhnə ictimai quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi silahlı çıxış. Kəndli üsyanları. - Bir üsyanla doğacaqdır azadlığın ilk ulduzu! S.Vurğun. Aydın olsun hamıya; Xalqın gücü; Silahlı üsyanın nəticəsi. R.Rza. □ Üsyan etmək (qaldırmaq) - hakim siniflərə qarşı silahlı çıxış etmək. Üsyan etmiş kənd topa tutulur. H.Nəzərli.
2. Asi olma, qarşı durma, birinə qarşı ayaqlanma, baş qaldırma. □ Üsyan etmək (qaldırmaq) - ayaqlanmaq, üzə durmaq, asi olmaq, baş qaldırmaq. Bir gün Məsmə üsyan edir. Kimsəyə əl açmayacağını açıqdan-açığa kor Seyidə bildirir. S.Hüseyn. Səkinə lap üsyan qaldırdı: - Yenə qol-qanad açdın, ay dəli?! M.İbrahimov. Paylaşın - Hamı bilsin
|