
ÜST-ÜSTƏzərf 1. Bir-birinin üstünə, qalaq-qalaq. Rəflərdə pas atmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli. Ana sacı külləyib ocaq qalayır, kətə bişirib içinə təzə yağ qoyur, isti qalması üçün üst-üstə yığır, süfrə ilə bərk-bərk basdırırdı. Ə.Vəliyev.
Birlikdə götürüldükdə, hamısı bir yerdə, birlikdə. Üst-üstə hamısını bir kisəyə yığmaq. Əl dəymədən, olduğu kimi, əvvəlki kimi, necə var elə. [Mahmud:] İndi-indi işə başlamışam, üst-üstə qoyub qaçım ki, nə var külfətimə yaxın olmaq istəyirəm. Y.Əzimzadə. Paylaşın - Hamı bilsin
|