İzahlı lüğət

ÜSLUB

is. [ər.] 1. Yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideyabədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. Romantik üslub. Qotik üslub. - Bir tərəfdə ərəb üslubunda yapılmış bir köşk, ötəki tərəfdə Şərq bazarı, qarşısında uzunsaçlı dərviş qəsidə oxuyur. Çəmənzəminli. // Ümumiyyətlə, üsul, tərz.
2. Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu. Qəzet üslubu. Felyeton üslubu. Nağıl üslubu. // Nitqin sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulması. Üslub səhvləri. Öz əsərinin üslubu üzərində işləmək. Məqalənin üslubunu düzəltmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed