
ÜSYANÇIis. 1. Üsyanda iştirak edən, üsyan iştirakçısı. [Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər. H.Nəzərli. [Komandan:] Məqsəd xalqı qırmaq deyil, üsyanı yatırdıb, üsyançıları ələ gətirməkdir. Ə.Haqverdiyev.
2. məc. Haqsızlığa və ya bir şeyə dözməyib, öz narazılığını, hiddətini fəal surətdə bildirən adam; üsyankar. İndi [Muradda] mühitinə qarşı bir üsyançı ruhu vardı. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|