
ÜSTƏLİK1. is. Bir şeyin üstündə verilən şey; əlavə.
2. zərf Əlavə olaraq. [Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. “Aşıq Qərib” . Şairin qəzəllərinə məftun olmuş Dərbənd əmiri onu xaraba kənddən öz sarayına dəvət edirdi, üstəlik ən gözəl kənizini də ona hədiyyə göndərmişdi. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|