.....i_l_by_id_with_comments ÜRYAN sözünün izahı / ÜRYAN sözünün mənası

İzahlı lüğət

ÜRYAN

sif 1. Çılpaq, lüt. [Misir:] Əkin əkən, biçin biçən, ov ovlayan; Bədənləri büsbütün üryan; Yoxsul babaların yurdudur. O.Sarıvəlli. Yarpağı tökülmüş, yarpaqsız, çılpaq (ağac, kol və s. haqqında). Sərvü sənubərin afəti-xəzan; Soyub libasını qoymuşdu üryan. Q.Zakir. Buzlu çay sakit-sakit axır üryan ilğım kolları əsən şaxtalı küləyin altında o tərəf-bu tərəfə əyilirdi. S.Rəhimov.
məc. Yoxsul, kasıb, lüt. Mən, görürsən ki, nə cür üryanam. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....