
ÜRƏK-DİRƏKürək-dirək vermək - ürək vermək, ürəkləndirmək, ruhlandırmaq, ümidləndirmək, təsəlli vermək, cəsarətləndirmək. Məşədibəy Səlimə ürək-dirək vermək əvəzinə, onu daha da kədərləndirdi. M.Hüseyn. Qayınanasının ona ürək-dirək verməsinə baxmayaraq, Durna qərarsız oldu. İ.Əfəndiyev. Ürək-dirək olmaq - arxa olmaq, kömək olmaq, arxasında durmaq.
Paylaşın - Hamı bilsin
|