
ÜRƏK-GÖBƏKürək-göbək qalmamaq zar. - gülməkdən qəşş etmək. Xan bayıra çıxıb gördü ki, Qəhrəman gəlir, amma altında bir at var ki, altı ayağı, alnında bir gözü, iki də maral buynuzuna oxşar buynuzu vardı. Xanda ürək-göbək qalmadı. (Nağıl). Ürəkgöbəyi düşmək - bax ürəyi düşmək. [Qarı:] Çaydan keçəndə qurbağadan qorxub, ürək-göbəyi düşüb, dəli olub. “Qurbani” . Ürək-göbəyini yemək - bərk qorxmaq, bərk həyəcanlanmaq.
Paylaşın - Hamı bilsin
|