
ÜZDƏzərf 1. Zahirən, zahirdə. Əzizim, qəlbi nara; Tutuşdu qəlbi nara; Üzdə dost deyənlərin; Get, öyrən, qəlbin ara. (Bayatı). Səttarzadə üzdə Rübabəyə ürək verirdisə də, ürəkdən rahat deyildi. Mir Cəlal. Yer səthinə yaxın; dayaz. Neft təbəqələri əvvəllər çox üzdə idi. S.Vəliyev.
Açıqda, meydanda, göz önündə. [Vəzirbəyli:] Yoldaş islam Verdiyev, üzdə olmayan əsərlərlə də maraqlanmaq bizim vəzifəmizdir. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|