
ÜZƏR(adətən üzərinə, üzərində, üzərindən şəklində işlənir) bax üst. Kitabı stolun üzərinə qoymaq. Məsuliyyəti üzərinə götürmək. Qələmlər masanın üzərindədir. Məsuliyyət sizin üzərinizdə qalır. Düşmən üzərinə qoşun yeritmək. - [Ərən:] Piramidanın üzərindən düşüb əzilənlərin, ishaldan ölənlərin sayı yox idi. Çəmənzəminli. Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|