
ÜŞŞAQis. [ər. “aşiq” söz. cəmi] 1. klas. Aşiqlər. Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar. Füzuli. Üşşaq yardan nəzəri-mərhəmət dilər. Q.Zakir.
2. mus. Azərbaycan klassik muğamlarından birinin adı. Şair.. yerinə görə həm dərin məhəbbətdən, həm də insana zövq verən üşşaq muğamından danışır. “İncəsənət” . Paylaşın - Hamı bilsin
|