
ÜTÜis. Paltar, parça və s. ütüləmək üçün işlədilən, kömür və ya elektriklə qızdırılan dəmir alət. Elektrik ütüsü. □ Ütü çəkmək bax ütüləmək. Xanpəri çay dəmlədikdən sonra dünən yuyulmuş paltarlara ütü çəkirdi. Ə.Vəliyev. [Sona] paltarına ütü çəkir, düymələrini bərkidirdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|