
ÜRKƏYƏN, ÜRKƏKsif. Tez hürkən, hər şeydən hürkən, qorxan, əhli olmayan; vəhşi. Qız isə ürkək ceyran balası kimi qaçırdı. Mir Cəlal. Bulud dağ döşündə dayanıb durmuş; Çöldə ürkək maral boynunu burmuş. N.Rəfibəyli. // Ürkəklik, qorxu ifadə edən, bildirən; qorxaq. Qadın öz ürkək nəzərləri ilə ətrafa baxıb fotoqrafın ardınca düşdü. S.Vəliyev. [Hidayət] sol yandan eşitdiyi hənirtiyə tərəf ürkək bir hərəkətlə çevrildi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|