
ÜRƏYİNCƏzərf İstədiyi, arzuladığı, ürəyində tutduğu kimi. Burnaşov çariçanın mərhəmət və ədalətindən danışır, camaatın güzəranına, qoşunların halına toxunmur. Bu, Vaqifin ürəyincə deyildi. Çəmənzəminli. □ Ürəyincə olmaq - istədiyi, arzuladığı kimi olmaq. Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu. Ə.Abasov. [Dustaq:] Mən elə iş axtarırdım ki, ürəyimcə olsun. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|