
ÜZRXAHLIQis. Üzr istəmə, üzr. [Ağa Rəhim:] Nadürüst ağa Bəşir gör nə səbəb tapdı üzrxahlığa, ağa da güman edəcək ki, biz vaqiən saf və sadiq imişik. M.F.Axundzadə. □ Üzrxahlıq etmək - üzr istəmək. [Manaf] xanımı görəndə üzrxahlıq eləməyə çalışdı. Ə.Vəliyev. Əhmədov Reyhana üzrxahlıq elədi: - Reyhan xanım, onu mən gətirdim buraya, bağışlayın! Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|