ÜÇÜNqoş. Feillərdən, adlıq və ya yiyəlik halında olan isimlərdən, şəxs, qayıdış və işarə əvəzliklərindən əvvəl gələrək, həmin sözlərlə aşağıdakı mənaları ifadə edir: 1) səbəb bildirir: ...görə, ...səbəbilə. Xəstə olduğum üçün sizə gələ bilmədim. - [Lətifə] bəlkə peşmanlıq çəkdiyi üçün ağlayırdı. M.Hüseyn. Komandiri ayağından ağır yaralandığı üçün xəstəxanaya apardılar. Ə.Vəliyev; 2) məqsəd, qayə bildirir. Sizi görmək üçün gəldim. Ailəni saxlamaq üçün başqa əlac yox idi. A.Şaiq. Qadın körpəsini xilas etmək üçün .. uzaqlaşır. Ə.Məmmədxanlı; 3) uğrunda, yolunda. Vətən üçün canını vermək; 4) aidiyyət bildirir. Özüm üçün ayaqqabı aldım. - Məhkəmə sədri üçün məsələ aydın idi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|