
USTADis. [fars.] Elm və ya sənət sahəsində geniş və dərin məlumatı və qabiliyyəti olan şəxs. Qabil şagird ustad olur ustadan. (Ata. sözü). // məc. Müəllim, tərbiyəçi, öyrədici, mürşid. Ey yorulmaq bilməyən ustadımız! Yandı mövtünlə dili-naşadımız. A.Səhhət.
Paylaşın - Hamı bilsin
|