.....i_l_by_id_with_comments
UTANCAQsif. və is. Çox utanan, alışmadığı mühitdə, şəraitdə adamların yanında sıxılan, üzü qızaran. Utancaq uşaq. O çox utancaqdır. - [Uğur:] Əmiqızı, mən gedəndə sən bir utancaq qız idin. İ.Əfəndiyev. // Zərf mənasında. Telli utancaq bir halda üzünü müəllimə tutub dedi: - Bağışlayın, sizə zəhmət verdim! S.Hüseyn. [Əjdər] sözünə davam edə bilmədi, utancaq bir halda susdu. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|