
UTANDIRMAQf . Birinin utanmasına, xəcalət çəkməsinə səbəb olmaq, bir söz deyərək, ya danlayaraq, töhmətləndirərək onda xəcalət və ya peşmançılıq hissi oyatmaq, qızartmaq, utancaq bir vəziyyətə salmaq. Uşağı utandırmaq. - [Həsənqulunu] lazımınca utandırıb töhmətləndirdilər və qərarın da [surətini] əlinə verdilər. Çəmənzəminli. Oğul fikirləşir, anasının dedikləri onu utandırır, bədəninə lərzə salırdı. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|