UZMƏK2f. 1. Dərmək, qoparmaq, qırpmaq. Sitarə .. durub, həyətə gedirdi və hər çiçəkdən birini dərib, hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb, bir lətafət anlayırdı. Çəmənzəminli. [Cahan:] Çəməndəki o güllərin; Ən gözəlin üzərəm. Ü.Hacıbəyov.
Kəsib atmaq, kəsmək. Mişar barmağını üzdü. - [Mirpaşa:] Yaxşı ki balta ayağını tamam üzməyib. Z.Xəlil. Ayırmaq, qoparmaq. [Dərviş:] Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. A.Divanbəyoğlu. Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı. Qızı qucaqlayıb ayaqlarını yerdən üzdü. M.İbrahimov. Haqq-hesabını qurtarmaq, ödəyib qurtarmaq, üzülüşmək. Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|