İzahlı lüğət

XAÇ

is. Xristianlığın rəmzi sayılan və bir-birini perpendikulyar olaraq qət edən iki mildən ibarət sitayiş obyekti. Kilsələrin xaçları. Ağac xaç. - [Xanım] soyuq əlləri ilə boğazındakı xaçından bərk-bərk yapışdı, dua oxudu, Allahı çağırdı... Lakin ruhuna sükun gəlmədi. Çəmənzəminli. □ (Boynundan) xaç asmaq, (boynuna) xaç salmaq - dönüb xristian olmaq, xristianlığı qəbul etmək. [Müridlər:] Şeyximiz satdı dini, imanı; Öncə islama bir mürəvvic ikən; Xaç asıb çıxdı dinü məzhəbdən. H.Cavid. Dinindən əl çəkib o Şeyx Sənan; Boynuna bir anda xaç salmadımı? B.Vahabzadə. Xaç vurma (çəkmə) - xristianlarda: icra edilən dini ayin. Bu zaman yanımdan ötən bir qarı; Öz tutub qəbrə baxır, xaç vurur. M.Rahim. Bacıların hər ikisi ayağa durub xaç çəkdi. Mir Cəlal. Xaç yürüşləri - b a x səlib müharibələri (“səlib”də). Xaç suya salma - İsanın dara çəkilməsi xatirəsinə olaraq xristianların yanvarın 6(19)-da xaçı suya salmaq şəklində icra etdikləri dini ayin (mərasim).
2. Xaç şəklində olan nişan, orden və s.
□□ Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyəti - müharibədən və təbii fəlakətdən zərər çəkmiş əhaliyə yardım göstərmək üçün təşkilat.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed