İzahlı lüğət

X (ID - 17012)

Azərbaycan əlifbasının on ikinci hərfi. bax xe.

XAB (ID - 17013)

is. [fars.] klas. 1. Yuxu. Gecələr gözlərim xabı görməmək; Ol siyah nərgisiməstanədəndir. M.P.Vaqif. Dayansın qarşıda, gətirsən tabı; Ayıltsın qəflətdən, unutsun xabı. Aşıq Ələsgər. □ Xabi-qəflət klas.
b ax qəflət...

XABANERA (ID - 17014)

[isp.] İspaniyada geniş yayılmış Kuba xalq rəqsi və onun havası.

XACƏ1 (ID - 17015)

is. [fars.] köhn. Sarıqlı əfəndi, molla, seyid. Ey xacə, çalış surəti-zahirdə qəşəng ol! Istərsən özün surəti-mənada cəfəng ol! M.Ə.Sabir.

XACƏ2 (ID - 17016)

is. [fars.] bax xədim 1-ci mənada. Cariyələr Qətibənin yanında gələn iki nəfər xacəni qıdıqlayıb gülürdülər. M.S.Ordubadi. □ Xacə eləmək - bax xədim eləmək ("xədim”də). [Səttarxan Bağırxana:] ..Gördüyümüz o...

XACƏBAŞI (ID - 17017)

is. köhn. Keçmişdə: hərəmxana qadınlarına nəzarət edən xədimlərin başçısı. Bir neçə gün keçdi. Bir sübh sərdarın hərəmxanasının xacəbaşısı gəlib baş əyib məyus dayandı. Ə.Haqverdiyev.

XAÇ (ID - 17018)

is. Xristianlığın rəmzi sayılan və bir-birini perpendikulyar olaraq qət edən iki mildən ibarət sitayiş obyekti. Kilsələrin xaçları. Ağac xaç. - [Xanım] soyuq əlləri ilə boğazındakı xaçından bərk-bərk yapışdı, dua oxudu,...

XAÇAÇURAN (ID - 17019)

is. Xristian dini mərasimlərindən birinin adı, xaçı suya salma. Xaçaçuran bayramı.

XAÇÇİÇƏKLİ(LƏR) (ID - 17020)

is. bot. Ləçəkləri xaç şəklində olan bitkilər fəsiləsi. Xaççiçəklilər fəsiləsinə bir sıra kələm, turp, vəzəri kimi qiymətli tərəvəz bitkiləri, xardal kimi yağlı bitkilər, mixəkgülü, şəbbugülü kimi bəzək bitkiləri...

XAÇLAMA (ID - 17021)

“Xaçlamaq” dan f.is.

XAÇLAMAQ (ID - 17022)

f Xaç suyuna salma mərasimi icra etməklə xristian etmək. Onların ata-anası və Nadya xala evdə yox idi.. təzə doğulan çağanı xaçlamaq mərasiminə getmişdilər. Çexovdan.

XAÇLI (ID - 17023)

sif 1. Xaç taxmış, xaçı olan. Xaçlı keşiş.
2. Is. mənasında, tar. Səlib müharibələri iştirakçısı.

XAÇNİŞAN (ID - 17024)

is. tar. Xaçlı (2-ci mənada) (səlib müharibələri iştirakçısı olan rıtsar paltarlarına tikilən xaç nişanına görə onlar belə adlanırdılar).

XAÇPƏRƏST (ID - 17025)

is. Xristian. Iki-üç həftə bundan qabaq xaçpərəstlərin pasxa bayramı
idi. C.Məmmədquluzadə. [Molla Sadıq:] Xaçpərəstlərin islam milləti arasında təfriqə salmaq köhnə peşəsidir. I.Şıxlı.

XAÇVARİ (ID - 17026)

sif. Xaç şəklində olan, xaçaoxşar, xaç kimi. Xaçvari nişan. Xaçvari yol.

XAÇVARİLİK (ID - 17027)

is. Xaçvari şəkildə olan şeyin halı, görünüşü.

XADİM (ID - 17028)

is. [ər.] 1. köhn. Xidmət edən, xidmətçi. Hər hansı ictimai fəaliyyət sahəsində özünü göstərmiş, xidmətləri olan şəxs. Elm xadimi. Ictimai xadim. Siyasi xadim. - Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri,...

XADİMƏ (ID - 17029)

is. Xidmətçi qadın, qulluqçu. Müdir qadınla bir neçə xadimədən başqa [monastırda] kimsə qalmamış. Çəmənzəminli. Ovrət nə demək? Xadiməmiz, cariyəmizdir! M.Ə.Sabir.

XADİMLİK (ID - 17030)

is. Xidmətçilik.

XAH (ID - 17031)

[fars.] klas. Istər, istərsə. Təfavüt eyləməz sənsiz mənə, ey sərvi-səngin-dil; Məkanın xah külxan, xah səhra, xah bağ olsun. Qövsi. Məqsədim şəşəəyi-mahi-camalındı sənin; Xah məsciddə onu, xah kəlisadə görüm. S.Ə.Şirvani....

XAHİŞ (ID - 17032)

is. [fars.] Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün edilən müraciət, təmənna; rica, təvəqqe, istək. Sizdən bir xahişim var. - ..Mən Qasımın xahişini əmələ gətirdim, yəni gedib oturdum onun yanında. Məmmədquluzadə. Bir ittifaq...

XAHİŞSİZ (ID - 17033)

zərf Xahiş edilmədən, öz razılığı ilə. Indi gecə vaxtı Xanpərinin təklifsiz, xahişsiz Qəmərin evinə gəlməsi çox maraqlı idi. Ə.Vəliyev.

XAHNƏXAH(İ) (ID - 17034)

[fars.] zərf Istər-istəməz, laqeydcəsinə. Qoca it xahnəxahi çıxmışdı qapıya və xahnəxahi öz vəzifəsini ifa edirdi. Məmmədquluzadə. Cəmilə xanım xahnəxahi çadrasını başına örtüb evdən çıxdı. E.Sultanov. Züleyxa [Əsgərə...

XA-XA, XA-XA-XA (ID - 17035)

nida. Gülüş, qəhqəhə bildirmək üçün işlədilən təqlidi söz. [Iskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içəri girmədi. Xaxa-xa (qah-qah çəkib gülür). C.Məmmədquluzadə. Xa-xa-xa!.. Məşədi Nemətqulu...

XAXAM (ID - 17036)

is. Yəhudilərdə baş kahin, ruhani başçısı. Sən indi bu gün Gəncədə bir adlı xaxamsan! Ə.Nəzmi.

XAİN (ID - 17037)

sif [ər.] 1. Vətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar, dönük. [Pəhləvanlar:] Dağ-daşından uçsun duman; Qara geysin xain insan! A.Şaiq. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar....

XAİNANƏ (ID - 17038)

bax xaincəsinə. Fərhad, o saatda bir gecə bağda keçirdiyi xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu. C.Cabbarlı.

XAİNCƏ(SİNƏ) (ID - 17039)

zərf Xain kimi, xainliklə, xəyanətlə. Xaincə(sinə) hərəkət. Xaincəsinə basqın. - [Səlimin] rəftarı və hərəkəti nə Naşadın əlaqəsinə, nə də hər zaman gözlərini süzüb [Mehribana] baxmaqla ürəyinin arzusunu bildirən Novruzbəyin...

XAİNLİK (ID - 17040)

is. 1. Xəyanət; xəyanət etmə, xəyanətkarlıq, dönüklük, satqınlıq, vəfasızlıq; xaincə hərəkət. Xainlik etmək.
Vəfasızlıq, əhdi pozma, dönük çıxma, dönüklük. [Süleyman:] Mən də axtararam, özümə bir gözəl qız...

XAK (ID - 17041)

is. [fars.] klas. Torpaq. Kimin yolu düşsə xaki-dərinə; Ox vurar köksünə məlhəm yerinə. Q.Zakir. Kəsilib biryana atılmışdır; Xakinə abi-qəm qatılmışdır. A.Səhhət. Dostun qədəmində bir ovuc xakam; Dost alsın canımı xoş sifətinən....

XAKAS (ID - 17042)

is. Türk xalqlarından birinin adı və həmin xalqa mənsub olan adam. Xakaslar xristianlığı qəbul etsələr də, faktiki olaraq şamanizmə etiqad edirdilər.

XAKASCA (ID - 17043)

sif və zərf Xakas dilində. Xakasca dərslik. Xakasca-rusca lüğət. Xakasca danışmaq.

XAKİ (ID - 17044)

sif [fars.] Bozumtul-yaşıl rəngli, torpaq rəngli. Xaki pencək. Xaki (rəngli) frenç. - Sirat xaki köynək-şalvarda tərdən islanırdı. Ə.Əbülhəsən.

XAQAN (ID - 17045)

is. tar. Qədim türk və monqol hökmdarlarına verilən ad, titul. Xəzər xaqanı. - [Cəllad:] Xaqan, ulu xaqan! Əfv et onu, ver qətlimə fərman! H.Cavid. // köhn. Padşah, hökmdar, sultan. Xaqanlar başına şeşpər çaldıran; Qulac qollar...

XAQANLIQ (ID - 17046)

is. 1. Hökmdarlıq, padşahlıq. [Çopo:] Okabayın bu hərəkətini xaqanlıq eşqinə düşməsi ilə mərbut görürlər. Çəmənzəminli.
2. Xaqanın hökmü altında olan ölkə. Xəzər xaqanlığı.

XAL (ID - 17047)

is. 1. Ya anadangəlmə, ya da sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə. Üzündə xal var. Qara xal. Zəfiərin yanında ucaboylu, çatma qaraqaşlı, sağ yanağında iri xalı olan bir gəlin vardı. Ə.Vəliyev. [Qızın]...

XALA (ID - 17048)

is. 1. Ananın bacısı. [Sultan bəy:] Xalanın muzdu o olar ki, canı rahat olar. U.Hacıbəyov. Budaq xalasının danışığını maraqla dinləyir, gözünü ondan çəkmirdi. Ə.Vəliyev.
2. Qoca və ya yaşlı qadına müraciət edərkən,...

XALABACI (ID - 17049)

is. mus. Azərbaycan oyun havalarından birinin adı. Bir qədər çalıboxuyandan sonra mütrüb kəmərçin [qadın tumanı] geyib, başına bir kəlağayı salıb xalabacı oynardı. H.Sarabski.

XALACAN (ID - 17050)

is. Xalaya nəvazişlə müraciət. Xalacan, bir bizə gəlsənə! - [Yunus xalasına:] Bu nədir, xalacan, bircə baxsana! Ə.Məmmədxanlı. // Yaşlı qadına mehribanlıqla, nəvazişlə müraciət. Xalacan, bir az su verin, içim.

XALACIQ (ID - 17051)

bax xalacan. [Cəfər:] Xalacıq, bu çox bahadır, qarpıza beş şahı vermək student cibinə yaraşmaz. Çəmənzəminli.

XALAGƏLİNİ (ID - 17052)

is. Ananın bacısının gəlini.

XALA-XALA (ID - 17053)

is. Kiçik qızların gəlinciklə oynadıqları oyun adı; gəlin-gəlin.

XALAQIZI (ID - 17054)

is. Ananın bacısı qızı.

XALANƏVƏSİ (ID - 17055)

is. Ananın bacısı nəvəsi.

XALAOĞLU (ID - 17056)

is. Ananın bacısı oğlu. Mən də Bakıya tərəf hazırlaşırdım, bizim xalaoğlu da yazmışdır. S.Rəhimov.

XALAT (ID - 17057)

is. [ər.] 1. Orta Asiya xalqlarının ətəkləri üst-üstə gələn, yaxası açıq üst geyimi. Zolaqlı xalat. Ozbək xalatı.
2. Evdə və ya işdə geyilən, yaxası düymə və ya bağla bağlanan yüngül üst geyimi. Həkim xalatı. Çit...

XALATLIQ (ID - 17058)

sif 1. Xalat tikilməyə yarar. Xalatlıq parça.
2. Xalat tikiləcək parçanm miqdarı (adətən saylarda). İki xalatlıq parça.

XALÇA (ID - 17059)

is. Divara vurmaq və ya döşəməyə salmaq üçün müxtəlif rəngli yun və ya iplik saplardan toxunmuş naxışlı döşənəcək. Butalı xalça. Xonçalı xalça. - Tut ağacının altında zərif kaşan xalçaları salınmış, mütəkkələr...

XALÇAÇI (ID - 17060)

is. 1. Xalça toxuyan usta. Qonşuluqda Şərif adlı bir xalçaçı usta var idi. Savadlı qızlardan xalça fabrikinə adam yığırdı. Mir Cəlal. // Xalça mütəxəssisi.
2. köhn. Xalça ticarəti ilə məşğul olan adam, xalça taciri, xalça...

XALÇAÇILIQ (ID - 17061)

is. Xalça toxuma sənəti; xalça toxuma işi (bir istehsal sahəsi kimi). Xalçaçılıq sexi. Xalçaçılıq ustası.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed