XOŞTƏB (ID - 17912)sif. [fars. xoş və ər. təb] Yaxşı təbi olan, istedadlı. ..Bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur. F.Köçərli.
|
XOŞTƏBİƏT(Lİ) (ID - 17913)sif. [fars. xoş və ər. təbiət] Yaxşı xasiyyətli, gözəl təbiətli, xoşqılıqlı. Hamı müsəlmanlar sənin kimi xoştəbiət ola idilər. Ü.Hacıbəyov. ..Dürdanə xanım xoştəbiətli, sadə ürəkli, nazik, bir qədər mövhumatçı...
|
XOŞTİNƏT(Lİ) (ID - 17914)sif. [fars. xoş və ər. tinət] klas. bax xoştəbiət(li). Dedi kim, şəxs olsa xoştinət; Yaxşılıqdan müdam edər söhbət. S.Ə.Şirvani.
|
XOŞÜZ(LÜ) (ID - 17915)1. Bax xoşsima(lı). Gecə boylu bir qadındır ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun.
2. Xoşüzlə şəklində zərf - gülər üzlə, mehribancasına, nəvazişlə. Qonağı xoşüzlə qarşılamaq. Əsgərləri... |
XOŞZAHİR(Lİ) (ID - 17916) sif. [fars. xoş və ər. zahir] Xarici görünüşü gözəl, xoşa gələn, üzdən yaxşı. Xalq məhkəməsinin katibi çolaq Mirzə Mustafa xoşzahir, bədbatin bir adam idi. E.Sultanov. Xoşzahir, bədbatin, vicdansız, alçaq; Necə qıydın,...
|
XOTKAR (ID - 17917)is. tar. Hökmdar, başçı. Hər cümə günündən cümə gününə xotkar qızı Nigar xanım məscidə gedir. “Koroğlu”. İbrət et Ağaməhəmməd xandan, ey kəmtər gəda; Ta həyatın var ikən, nə şahə, nə xotkarə bax! M.P.Vaqif. Nə...
|
XOTKƏ (ID - 17918)bax cürə3.
|
XOTUQ (ID - 17919)is. Eşşək balası, qoduq.
|
XOV (ID - 17920)is. Bəzi parçaların, xalça və s. üzərində incə tükcüklər.
|
XOVLAMA (ID - 17921)“Xovlamaq” dan f.is.
|
XOVLAMAQ (ID - 17922)f. İpin, sapın xovunu təmizləmək.
|
XOVLU (ID - 17923)sif. Xovu olan, üstü xovla örtülü. Xovlu xalça. Xovlu parça. Xovlu dəsmal. Xovlu fərməş bir neçə yerdən didilibyeyilmişdi, elə bil güvənin ağzından çıxmışdı, amma hələ rəngini itirməmişdi. İ.Məlikzadə.
|
XOVSUZ (ID - 17924)sif. Xovu olmayan. Xovsuz xalçalar qrupuna palaz, kilim, sumaq, cecim, vərni, şəddə, zili daxildir. - Hazırda ən zəngin xovlu və xovsuz xalçalar və xalça məmulatı kolleksiyası Dövlət muzeyindədir.
|
XOY (ID - 17925)is. [fars.] Xasiyyət, təbiət, xilqət. Atı at yanında bağlarsan, həmrəng olmasa
da, həm xoy olar. (Ata. sözü). [Koroğlu:] Bir xələt biçərəm Eyvaz boyuna; Incimərəm xasiyyəti-xoyundan. “Koroğlu”. Əl işin, gül naxışın;... |
XOYLANDIRMA (ID - 17926)“Xoylandırmaq” dan f.is.
|
XOYLANDIRMAQ (ID - 17927)f Xoylanmasına səbəb olmaq, şübhələndirmək.
|
XOYLANMA (ID - 17928)“Xoylanmaq” dan f.is.
|
XOYLANMAQ (ID - 17929)f Şübhələnmək, şəkkə düşmək. [Dərviş:] Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb məndən xoylanan kimi oldu.. A.Divanbəyoğlu.
|
XOZEYİN (ID - 17930)[rus.] Sahib, sahibkar, ağa. [Xəlil:] Salaməleyküm, xozeyinim buraya gəlməyib? N.Vəzirov. [Bir qrup fəhlə:] Lap günü sabah xozeyin özü donluğumuzu artıracaq. M.Hüseyn.
|
XÖRƏK (ID - 17931)is. Bişirilib yeyilən şey, yemək, bişmiş. Ət xörəyi. Xəmir xörəyi. Xörək hazırlamaq. - Xörəyin yeyilməyi iki saat çəkdi... C.Məmmədquluzadə. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. S.S.Axundov. Xarisə qızardılmış...
|
XÖRƏKBİŞİRƏN (ID - 17932)is. Aşpaz. Toya xörəkbişirən dəvət edilib.
|
XÖRƏKLİK (ID - 17933)is. Xörəyə məxsus keyfiyyət. [İlham:] Şofer maşını qovsa, xörəkdə xörəklik qalmaz, axı! C.Gözəlov.
|
XÖRƏKPAYLAYAN (ID - 17934)is. Gələnlərə yemək gətirən aşxana işçisi. Umud xörəkpaylayan caydaq oğlana əl elədi. İ.Məlikzadə.
|
XÖTƏK (ID - 17935)is. Camış balası, balaq. Yetər xötək və buzovları bağlayırdı ki, qaçıb analarını əmməsinlər. Qantəmir. Qoyun, quzu, dana, xötək; Mal-qara da dolur dama. B.Vahabzadə.
|
XRİSTİAN (ID - 17936)[yun.] 1. Xristian dininə mənsub adam, xaçpərəst. [Altun bay:] Sən də, Toğrul, xristian hərif yaxın gəl.. C.Cabbarlı.
2. Sif mənasında. Xristian dini. Xristian kilsəsi. Xristian əhali. - Ətraf sərvlərlə əhatə olunmuş bir xristian... |
XRİSTİANLAŞDIRILMA (ID - 17937)“Xristianlaşdırılmaq” dan f.is.
|
XRİSTİANLAŞDIRILMAQ (ID - 17938)məch. Xristian dini qəbul etdirilmək.
|
XRİSTİANLAŞDIRILMIŞ (ID - 17939)f.sif. Xristian dini qəbul etdirilmiş, xaçpərəst edilmiş.
|
XRİSTİANLAŞDIRMA (ID - 17940)“Xristianlaşdırmaq” dan f.is.
|
XRİSTİANLAŞDIRMAQ (ID - 17941)f Hər hansı bir yerdə xristianlığı yaymaq, xristian olmayan xalqları xristian etmək, xaçpərəstliyi qəbul etdirmək.
|
XRİSTİANLAŞMA (ID - 17942)“Xristianlaşmaq” dan f.vs.
|
XRİSTİANLAŞMAQ (ID - 17943)f. Xristian dinini, adət və ənənələrini, mədəniyyətini qəbul etmək, dönüb xristian (xaçpərəst) olmaq.
|
XRİSTİANLAŞMIŞ (ID - 17944)f.sif. Xristian dininin tələblərinə və ənənələrinə uyğunlaşmış, dönüb xristian (xaçpərəst) olmuş.
|
XRİSTİANLIQ (ID - 17945)is. 1. Eramızın birinci əsrində meydana gəlmiş din (bu din yerə enmiş və insanların nicatı üçün bütün əzab və əziyyətləri üzərinə götürmüş insan İsaya inam əsasında qurulmuşdur); xaçpərəstlik. // Bu dinə mənsubluq....
|
XRİZANTEM (ID - 17946)[yun.] Mürəkkəbçiçəklilər fəsiləsindən müxtəlif rəngdə çiçəkləri olan bəzək bitkisi; payızgülü. ..Qəzetlərə sarılmış qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. M.S.Ordubadi. [Lətifə] .. çiçək mağazasına...
|
XROM (ID - 17947)[yun. chroma - rəng] 1. Kimyəvi element; açıq-boz rəngli bərk metal (metal məmulatın üstünü örtmək üçün bərk ərinti). Xromdan metallurgiyada paslanmayan polad, ferrixrom (dəmirlə xromun xəlitəsidir) hazırlanır. M.Qaşqay. Həmin...
|
XROMATİK (ID - 17948)sif. 1. Xromatizm (1-ci mənada) hadisəsinə əsaslanan. Şüanın xromatik ayrılması.
2. mus. Xromatizmə (2-ci mənada) əsaslanan, xromatizm nəticəsində əmələ gələn. Xromatik interval. Xromatikyarımton. - Yeddi əsas Azərbaycan ladının... |
XROMATİZM (ID - 17949)[yun. chroma (chromatos) rəng] 1. fiz. Ağ şüanın müxtəlif rəngli şüalara ayrılma xassəsi.
2. mus. Səsin yarımtonlar üzrə qalxması və ya enməsi. Səsləri zilləşdirən və ya bəmləşdirən işarələrə xromatizm və ya alterasiya... |
XROMLAMA (ID - 17950)“Xromlamaq” dan f.is.
|
XROMLAMAQ (ID - 17951)f 1. Möhkəmlik, davamlılıq və ya yaraşıq vermək üçün metal əşyanın üzərinə xrom çəkmək. Maşın hissələrini xromlamaq. Xrom duzları ilə işləmək.
|
XROMLU (ID - 17952) sif. kim. tex. Xrom (1-ci mənada) qarışığı olan, tərkibində xrom olan. Xromlu boyalar. Xromlu polad.
|
XROMOSOM(LAR) (ID - 17953) [yun. chroma - rəng və soma - cisim] biol. Heyvan və bitki orqanizmlərinin hüceyrə nüvələrində olan və müvafiq surətdə boyadıldıqda aydın surətdə gözə görünən cisimciklər (xromosomlar hüceyrə nüvəsinin lazımi və daimi...
|
XROMOSFER (ID - 17954)[yun. chroma - rəng və spaira - kürə, şar] astr. Günəş tutulan zaman, onun ətrafında qırmızı haşiyə kimi görünən Günəş atmosferi təbəqələrindən biri.
s |
XRONİK (ID - 17955) |
XRONİKA (ID - 17956)[yun. chronikos - vaxt] 1. Bax salnamə.
Siyasi, ictimai və ya ailə hadisələrinin tarixini ardıcıl surətdə təsvir edən rəvayət və ya dramatik əsər. Qəzetdə, jumalda yerli xəbərlər şöbəsi. Məhkəmə xronikası. // Kinoda:... |
XRONİKAÇI (ID - 17957)is. Qəzet, jurnal, radioteleviziya üçün yerli xəbər və materiallar toplayan qəzet və s. işçisi; müxbir.
|
XRONİKAL (ID - 17958)[yunancadan] Xronika mahiyyətində olan, xronikadan ibarət olan.
|
XRONİKİ (ID - 17959)bax xronik. Spirtli içkilərin müntəzəm içilməsi alkoqolizm kimi xroniki xəstəliyə gətirib çıxarır.
|
XRONOLOGİYA (ID - 17960)[yun. chronikos - vaxt və logos] Tarixi ardıcıllıq. [“Hophopnamə”] 1934-cü il çapından fərqli olaraq, bu nəşrdə xronologiya əsas alınmış, əsərlər janrına və yazılma tarixinə görə qruplaşdırılmış, hər fəslin axırında...
|
XRONOMETR (ID - 17961)[yun. chronos - vaxt və metreo - ölçürəm] Astronomların, geodeziyaçıların, dənizçilərin işlətdiyi xüsusi dəqiq saat növü.
|
Bu səhifə dəfə baxılıb