
XOŞÜZ(LÜ)1. Bax xoşsima(lı). Gecə boylu bir qadındır ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun.
2. Xoşüzlə şəklində zərf - gülər üzlə, mehribancasına, nəvazişlə. Qonağı xoşüzlə qarşılamaq. Əsgərləri xoşüzlə qarşılamaq. Zəfər baş geoloqu xoşüzlə qarşılayıb uzaqdan gülə-gülə sözə başladı.. M.Süleymanov. Paylaşın - Hamı bilsin
|