XILTALI (ID - 17562)bax xaltalı.
|
XILTLI (ID - 17563)sif. Dibinə xılt çökmüş, xıltı olan. Xıltlı məhlul.
|
XIMXIRT (ID - 17564)is. Lazım olan, yararlı xırda şeylər. Xımxırt almaq. Xımxırtını bir yerə yığmaq.
|
XIMIRÇƏK (ID - 17565)is. anat. fiziol. Heyvan və insan orqanizmi skeletinin bəzi hissələrini birləşdirən elastiki və möhkəm toxuma.
|
XIMIR-XIMIR (ID - 17566) zərf dan. 1. Yavaş-yavaş, alçaqdan, sakit-sakit, yavaşdan, özü üçün. [Araz:] O xımır-xımır, pəsdən oxuyan kim idi? - deyə soruşdu. A.Şaiq.
2. Az-az, azca-azca, tədriclə. Xımır-xımır nə yeyirsən? |
XINA (ID - 17567)is. Saçı (keçmişdə, habelə köhnə adətcə barmaqları, əlləri, saqqalı) boyamaq üçün işlədilən, həmin bitkinin yarpaqlarından hazırlanan toz halında sarımtraq qırmızıyaçalar maddə; həna. Molla Qurban .. barmaqlarına fındıqça...
|
XINAÇİÇƏYİ (ID - 17568)is. bot. Parlaq çiçəkləri olan bir sıra birillik bəzək bitkilərinin adı; balzamin.
|
XINAGÜLÜ (ID - 17569)bax xınaçiçəyi.
|
XINAQOYMA (ID - 17570)is. etnoqr. Toydan qabaq ərə gedən qızın başına, əl-ayağına xınayaxma (qoyma) adəti. Kiçikbəyimi tay-tuşu ilə bərabər gəlin hamamına apardılar, sonra qaşalma və xınaqoyma oldu. Çəmənzəminli.
|
XINALAMA (ID - 17571)“Xınalamaq” dan f.is.
|
XINALAMAQ (ID - 17572)f. Saça (ələ, saqqala) xına qoymaq. Əlini xınalamaq. - Molla Qurban .. nazik saqqalını təzəcə xınalamışdı. M.S.Ordubadi.
|
XINALANMA (ID - 17573)“Xınalanmaq” dan f.is.
|
XINALANMAQ (ID - 17574)f Xına qoyulmaq, xına yaxılmaq.
|
XINALATMA (ID - 17575)"Xınalatmaq” dan f.is.
|
XINALATMAQ (ID - 17576) |
XINALI (ID - 17577)sif 1. Xına çəkilmiş, xınalanmış, əl-ayağına xına qoyulmuş. Xınalı barmaqlar.
..Dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. M.İbrahimov. Manqalın işığında qadının xınalı... |
XINAYAXDI (ID - 17578)b a x xınaqoyma.
|
XINAYI (ID - 17579)sif Xına rəngində olan, xına rənginə oxşar. Xınayı parça. - Gedim, deyirəm, camaatın dəmirin oda qoyum.. Əsgərlərimiz üçün bir az buğda yığaq... Arabir gələndə o biri xınayı çuval var ha, onu verərsiz, apararlar. Ə.Əbülhəsən....
|
XINCAXINC (ID - 17580)sif Ağzınacan. Xıncaxınc dolu çamadan.
|
XINC-XINC (ID - 17581) b ax xıncım-xıncım. Bizdən sora kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. Ancaq biçarə arvadın sağ qılçası dizdən yuxarı xınc-xınc olmuşdu. C.Məmmədquluzadə.
|
XINCIM-XINCIM (ID - 17582) zərf Tikə-tikə, xırdaxırda, qırıq-qırıq, parça-parça. Şüşə xıncımxıncım olub töküldü. - [Mindilli:] Yaxşı ki, atmağa qoymadın, yoxsa xıncım-xıncım olardı. S.Rəhman. Indi hər iki təyyarə elə bir sürətlə üz-üzə...
|
XINCLANMA (ID - 17583)“Xınclanmaq” dan f.is.
|
XINCLANMAQ (ID - 17584)f Tikə-tikə olmaq, qırıq-qırıq olub tökülmək, sınıq-sınıq olmaq. Pəncərələr xınclanıb töküldü. Ə.Cəmil.
|
XIR1 (ID - 17585) is. Bostan. Zəmilər işlənir, toxum səpilir; Qız, qadın əlləşib əkirlər xır. M.S.Ordubadi. Qurbanqulu çox iş sevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi. T.Ş.Simurq.
|
XIR2 (ID - 17586) is. Yiv (tüfəngdə, topda, tapançada). Tüfəngin xırı gedib.
|
XIRA (ID - 17587)is. Dəyməmiş, kal yemiş, qovun.
|
XIRÇAXIRÇ (ID - 17588)zərf Adətən dolmaq, doldurmaq feilləri ilə - tamam, ağzınacan. Kisəni xırçaxırç doldurmaq. - Oturanlar oturmuş, asılanlar asılmış, vaqonlar xırçaxırç dolmuşdu. Qantəmir.
|
XIRÇI (ID - 17589)is. Bostançı.
|
XIRÇILDAMA (ID - 17590)“Xırçıldamaq” dan f.is.
|
XIRÇILDAMAQ (ID - 17591)f Xırçıltı səsi çıxartmaq, xırç-xırç eləmək. Yalnız ayaqlarımızın altında xırçıldayan çınqılların şikayətini andıran həzin səslər eşidilirdi. S.Hüseyn. Söz arasında mənə ərəb kəlməsi, farsi lüğəti rast gələndə...
|
XIRÇILDATMA (ID - 17592)“Xırçıldatmaq” dan f.is.
|
XIRÇILDATMAQ (ID - 17593)f Bir-birinə toxunduraraq xırçıltı səsi çıxartmaq.
|
XIRÇILTI (ID - 17594)is. İki bərk şeyin (metal, sümük və s.-nin) bir-birinə toxunmasından çıxan səs. Otaqda tükürpərdici bir xırçıltı eşidildi. P.Makulu.
|
XIRÇIN (ID - 17595)sif Çox inadkar, tərs, şıltaq. Xırçın adam. - Yeni on dörd yaşa girmişdi bu yaz; Sarışın, nəşəli, xırçın Gülnaz. M.Müşfiq. // Məc. mənada. ..Dənizin ta göbəyindən qopub gələn xırçın dalğalar fırtınaya tutulmuş gəmini...
|
XIRD (ID - 17596)b a x xirid. □ Xırd eləmək - satmaq. [Abbas:] Bəzirgansan, aç mətahın xırd elə; Qarğalar yükündə nə var deyərlər. “Abbas və Gülgəz”.
|
XIRDA (ID - 17597)sif. 1. Həcmcə, ölçücə, boyca kiçik, balaca. Xırda boy. Xırda əl. Xırda həb. Xırda daş. - ..Zeynal özü ilə ancaq xırda bir dəftərçə götürdü.. B.Bayramov. // Addım haqqında. Əlində qəhvəyi rəngli kiçik redikul, xırda və...
|
XIRDABOY(LU) (ID - 17598) sif Boyu xırda, balaca, alçaq. Xırdaboylu qız.
|
XIRDABUYNUZ(LU) (ID - 17599) sif Buynuzları xırda, kiçik (qoyun, keçi və s.). Xırdabuynuzlu heyvanlar.
|
XIRDACA (ID - 17600)sif 1. Çox xırda və ya bir qədər xırda; kiçikcə. Xırdaca təpə. Xırdaca göllər. Xırdaca əl. - Təllin ətəyindən bir xırdaca çay axırdı. Bu çayın kənarı gözəl bir çəmən idi. Ə.Haqverdiyev. Balaca şəhərin küçələrini...
|
XIRDACA-XIRDACA (ID - 17601) 1. zərf. Yavaş-yavaş, az-az, ahəstə-ahəstə, aramla. Xırdaca-xırdaca yağar yağışlar; Vurğun Səməd bu dövranı alqışlar. S.Vurğun. Bayır tərəfdən divarların dibi ilə uzanan sərv ağacları yenə də yavaş-yavaş tərpənir və...
|
XIRDAÇI (ID - 17602)sif Xırda, əhəmiyyətsiz, boş şeylərə həddən artıq əhəmiyyət verən, bu işdə ifrata varan; pedant. Xırdaçı adam. Köməkçi Xanqulunu itələyib: - Ə, Xanqulu, az xırdaçı ol, - dedi. S.Rəhimov. Bizi ki, sarsıtmaz afaqı səbəblər;...
|
XIRDAÇILIQ (ID - 17603)is. Xırdaçı adamın xasiyyəti; pedantlıq. Dəmirov istəyirdi ki, bəzi adamların xırdaçılığından danışıb onları təhsilə, savada və mütaliəyə çağırsın. S.Rəhimov. [Həmzə] indi xırdaçılıq adı verdiyi bu işin də faydasız...
|
XIRDADƏNƏLİ (ID - 17604)sif Dənələri xırda olan. Xırdadənəli arpa.
|
XIRDADƏNƏVƏR(Lİ) (ID - 17605) bax xırdadənəli.
|
XIRDADİŞ(Lİ) (ID - 17606)sif Dişləri xırda olan. Xırdadiş balıq.
|
XIRDAGÖVDƏ(Lİ) (ID - 17607)sif Gövdəsi balaca, xırda olan. Xırdagövdəli bitki.
|
XIRDAGÜL(LÜ) (ID - 17608)sif Gülləri xırda, balaca olan; xırda naxışlı. Xırdagül çit. Xırdagüllü ipək.
|
XIRDA-XIRDA (ID - 17609)1. zərf Yavaş-yavaş, ahəstə-ahəstə, ağır-ağır, aramla. [Qız] hala gəlib, xırda-xırda yataqdan qalxıb yerində oturdu və yemək istədi. (Nağıl). Qıraq tərəfdəki qazmada balaca şam xırda-xırda yanır, kiçik alov burula-burula...
|
XIRDA-XURUŞ (ID - 17610) 1. is. Hər cür xırda şeylər, xırdavat. Xırda-xuruş almaq. - Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanlarına, xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. M.Hüseyn.
sif Xırda, kiçik,... |
XIRDAKI (ID - 17611)is. Xırdalanmış, bölünmüş düyü; xırda düyü. Dolmaya xırdakı qatmaq.
|
Bu səhifə dəfə baxılıb