İzahlı lüğət

XRONOMETRAJ (ID - 17962)

[yun. chronos - vaxt və metreo - ölçürəm] Əmək prosesləri müddətinin saniyəölçən vasitəsilə dəqiq ölçülməsi (müəssisələrdə, istehsalatda əməyin normalaşdırılmasında tətbiq olunur).

XRONOMETRAJÇI (ID - 17963)

Xronometraj aparan şəxs.

XRONOMETRAJLAMA (ID - 17964)

“Xronometrajlamaq” dan f.is.

XRONOMETRAJLAMAQ (ID - 17965)

f Xronometraj vasitəsilə ölçmək.

XRONOSKOP (ID - 17966)

[yun. chronos - vaxt və skopeo - baxıram] Son dərəcə qısa (saniyənin mində birinə qədər) vaxtları ölçmək üçün elektrik saatı.

XU (ID - 17967)

is. [fars.] klas. bax xoy. Çoxgözəlsən, amma xuyundur yaman; Baxmazsan üzümə mənim çox zaman. M.P.Vaqif. Duzlu hekayətin, nəməki sözün; Pəsəndidə xülqü xuyun istərəm. Q.Zakir.

XUB (ID - 17968)

sif. və zərf [fars.] klas. 1. Yaxşı, gözəl, xoş. Gümüş kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdi. Aşıq Ələsgər. // Yaxşıca, bərk, əməlli-başlı. Xub yeyibiçdilər. Xub əzişdirdilər.
is. məc. Gözəl,...

XUBLUQ (ID - 17969)

is. klas. Gözəllik, göyçəklik. [Kərəm:] Camalın xubluğu mat elər şahı; Göylərə dayanır aşığın ahı. “Əsli və Kərəm”. Əl işin, gül naxışın; Xoyun, xasiyyətin gözəl; Xubluğun, yaraşığın; Aldığın baratın gözəl....

XUBRU (ID - 17970)

sif [fars.] klas. Gözəlüzlü, göyçək, qəşəng, xoşbəniz. [Hərəmlərin] cümləsindən iki nəfər dilbəri-xubru ki, xilaf rizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər.....

XUDA (ID - 17971)

is. [fars.] 1. Allah, Tanrı. Bəlalərdən səni saxlasın xuda; Sən tək gözəl, əldən olmasın cida. M.P.Vaqif. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdi-sər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. [Sitarə:] Xuda...

XUDAHAFİZ (ID - 17972)

nida [fars. xuda və ər. hafiz] “Allah hifz eləsin”, “Tanrı saxlasın” mənasında vidalaşıb ayrılanda deyilir - sağ ol! sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! - deyib, taxtdan düşüb hərəmxanəyə...

XUDAHAFİZLƏŞMƏ (ID - 17973)

“Xudahafizləşmək” dən f.is.

XUDAHAFİZLƏŞMƏK (ID - 17974)

f Xudahafiz (sağ ol) deyib biri-birindən ayrılmaq, sağollaşmaq. [İmran kişi:] Bir az da Ismayıllını dinləyəndən sonra xudahafizləşib, trubkanı yerindən asdı. M.Hüseyn. Aydın başı ilə xudahafizləşib qapıya tərəf getdi. H.Seyidbəyli....

XUDANƏKƏRDƏ (ID - 17975)

[fars.] “Allah eləməsin”, “iraq olsun” mənasında qorxulu, zərərli bir şey, hadisə haqqında deyilir. [Sultan bəy:] ..Dedim gedim görüm, bəlkə qız, xudanəkərdə, özünə bir xəsər-zad yetirdi. U.Hacıbəyov. [Axund:] Neçə gündür,...

XUDAVƏND (ID - 17976)

is. [fars.] klas. 1. Allah, Tanrı. [Molla Qurban Fərruxa:] Xudavənd təbarək və təala ruzini həmişə artıq eləsin, inşallah. Ə.Vəliyev. □ Xudavəndi-aləm (Allahın vəsflərindən biri, dünyanın sahibi, ağası) - Allah. Bu surətdə...

XUDBİN (ID - 17977)

sif. [fars.] Ancaq özünü düşünən, öz mənafeyini hər şeydən yüksək tutan adam; eqoist. Müəllim əvvəldə molla Xəlil ilə mübahisəyə girişmək istəməyirdi, onu xudbin bir adam tanıyırdı. S.Hüseyn. Çox savadlı və çox bilikli,...

XUDBİNLİK (ID - 17978)

is. Ancaq özünü düşünmə, özünü istəmə, öz mənafeyini hamıdan yüksək tutma; eqoistlik. Vay cəhalət, vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? N.Vəzirov. [Cəfər Rüstəmbəyə:] Qardaş, hər kəsin əlinə nə düşdü,...

XUDMANİ (ID - 17979)

sif. və zərf [fars.] 1. Gizli, dostyana, məhrəmanə, məhrəmanə bir şəraitdə başqalarının olmadığı bir şəraitdə. Xudmani söhbət. Xudmani danışıq. - Bəli, mən istəyirəm söhbətimiz xudmani olsun, - deyə, Müqim bəy yan-yörəsinə...

XUDPƏSƏND (ID - 17980)

sif. [fars.] Özünü çox bəyənən, özündən çox razı; lovğa, xudbin. Qənbərin bu sözləri məğrur və xudpəsənd Varisdə böyük bir maraq oyatdı. A.Şaiq. Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə...

XUDPƏSƏNDLİK (ID - 17981)

is. Özünü çox bəyənmə, özündən çox razı qalma; xudbinlik, lovğalıq. [İkinci mühəndis:] ..Mən özüm də nadan bir şəxs olduğumdan [Yaqubun] xudpəsəndliyinə etiraz etməyib, dediklərini bir məlumat olaraq qəbul eləyirdim. B.Talıblı....

XUL, XULBALIGI (ID - 17982)

is. zool. Əsasən dənizdə yaşayan xırda balıq növü.

XULİQAN (ID - 17983)

[ing. adam adından] Xuliqanlıq edən adam. Nədən qalxışdı xulqanlar; Satıldı pula imanlar; Töküldü bigünah qanlar. M.Ə.Sabir. Qıza sataşmaq istəmişdilər, çığırıb xuliqanların əlindən qaçmışdı. H.Seyidbəyli. Gər deyən...

XULİQANLIQ (ID - 17984)

is. İctimai qayda-qanunu, ümumi nizam-intizamı, əxlaq normalarını pozma hərəkətləri, cəmiyyətə hörmət etməmə; dələduzluq. Xuliqanlıqla mübarizə. [Cəmilə], özilə həyat yoldaşı olacaq bir adamın klub kimi ictimai bir yerdə...

XUMAR (ID - 17985)

sif. [ər.] 1. Süzgün (göz, baxış haqqında). Nə baxırsan pəncərədən; Xumar gözün süzən gözəl?! Aşıq Ələsgər. Qız isə Bahadırı görüb yanından keçərkən, xumar gözlərini Bahadıra süzdürdü. N.Nərimanov. Yüzillik bir...

XUMARGÖZ(LÜ) (ID - 17986)

sif Gözləri xumar, süzgün olan; süzgünbaxışlı. Xumargözlü qız. Qara at nalı neylər; Qara göz xalı neylər; Ağlama, xumargözlü balam; Görək, ilahı neylər. (Bayatı).

XUMAR-XUMAR (ID - 17987)

zərf Süzgün-süzgün, nazlı-nazlı. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. Xumar-xumar o baxmağı gözlərin; Yəğmalayıb solu-sağı gözlərin. Q.Zakir. Kim bilir, o xumar-xumar baxışın nə...

XUMARLANDIRMA (ID - 17988)

“Xumarlandırmaq” dan f.is.

XUMARLANDIRMAQ (ID - 17989)

f Xumar etmək, məst etmək, bihuş etmək, kefləndirmək. Günorta yerindən əyilmiş qızmar günəş akasiya salxımlarını, qızılgül yarpaqlarını pörtür, havanı bu çiçəklərin adamı xumarlandıran (f.sif.) tünd ətri ilə doldururdu....

XUMARLANMA (ID - 17990)

“Xumarlanmaq” dan f.is.

XUMARLANMAQ (ID - 17991)

f 1. Keflənmək, nəşələnmək, məst olmaq. // Keflilikdən axmaq, süzülmək (göz haqqında). Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi. Mübaşir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə dikdi. M.İbrahimov. Yalan...

XUMARLIQ (ID - 17992)

is. Məstlik, keflilik; kefli (məst) adamın haləti. Xumarlıq aləmində seyr edən tiryəkilərdən bir neçəsi yatağan ilan kimi gözlərini zorla açırdı. P.Makulu. Gözlərinin xumarı pozdu xumarlığımı; Xumarlığın nəğməsi təranən...

XUNXAR (ID - 17993)

sif [fars.] Qaniçən, zalım, cəllad, qandan doymayan; yırtıcı. Xunxar olan əfradi-bəni-növ ’ünə daim; Bu vəhşiyü ğürranlarına şükr, xudaya! M.Ə.Sabir. Sən yazırsan mənə, ay molla ki, əşar yazım; Mülkədarı, bəyi və xanları...

XUNXARLIQ (ID - 17994)

is. Qaniçicilik, zalımlıq, cəlladlıq, rəhmsizlik, vəhşilik, yırtıcılıq. [Cəmil bəy:] Əcəba insanlarda bu cəlladlıq, bu xunxarlıq nə vaxta qədər davam edəcək! H.Cavid.

XUNTA (ID - 17995)

[isp. junta - toplanma, birləşmə] İspaniyada və Latın Amerikası ölkələrinin çoxunda ictimai-siyasi təşkilat və birləşmələrin adı; hərbi çevriliş nəticəsində hökumət başına keçən hərbçilər dəstəsi. Yasaq olan bir ölkədə;...

XURAFAT (ID - 17996)

is. [ər.] Mövhumat. Zülm nə din bildi, nə dil, nə Vətən; Cəhalət uydurdu Islam adına; Açıqfikirlilər qaçdı ölkədən; Dözməyib cahilin xurafatına. B.Vahabzadə. // məc. Əfsanə, nağıl, uydurma. Və ya ki Şuşədə bir sərsəmin...

XURAL (ID - 17997)

is. [monq.] Monqolustanda ali dövlət hakimiyyəti orqanı.

XURAMAN (ID - 17998)

sif. [fars.] klas. Nazla, əda ilə yeriyən, nazlana-nazlana, sallana-sallana yeriyən. Sərvi-azad qədinlə mənə yeksan görünür; Nəyə sərgəştə olan baxsa xuraman görünür. Füzuli. Dilqəməm, qarşıma çıxdı xuraman; Bir şəbi-yeldadə...

XURCUN (ID - 17999)

is. İçərisində şey qoymaq üçün adətən yük və ya minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan, ya da cod parçadan tikilən ikigözlü torba, iri heybə. At belinə xurcun qoymaq. Xurcunu tərkinə salmaq. - [Əhməd] ..başına...

XURD-XƏŞİL (ID - 18000)

zərf Əzik-əzik, xıncımxıncım, sağ-salamat yer qalmamış, sınıqsınıq. Amma birdən işdi mən çölə-zada çıxmalı olsam, sən gərək xurd-xəşil olasan. “Koroğlu”. Elə o günü məntəqəyə bütün bilək sümüyü xurd-xəşil...

XURMA (ID - 18001)

is. bot. 1. Subtropik və mülayim iqlimli ölkələrdə bitən, lələkvari yarpaqları çətir kimi olan uca ağac və bu ağacın şirin meyvəsi. Qayada ilan ötər; Bağdadda xurma bitər; Ay qız, elə sallanma; Cavanam, ağlım itər. (Bayatı)....

XURMALIQ (ID - 18002)

is. Xurma ağacları bitmiş yer, xurma ağacları əkilmiş yer; xurma bağı. Gah xurmalıqlar görünür, gah dupduru göllər; Gah qanlı ilkindi; gah alovlu səhər. R.Rza. [Leyli Məcnuna:] Gedək o xurmalıqdakı sərin çeşmədən bir ovuc su...

XURMAYI (ID - 18003)

sif. Xurma rəngində, açıqqəhvəyi. Xurmayı göz. Xurmayı saç. - Həcər gözlərini sildi, geri çəkildi, onun nəzəri Nəbinin divardan asılmış xurmayı papağına sataşdı. S.Rəhimov.

XURMAYISAÇ(LI) (ID - 18004)

sif. Saçları xurmayı olan. On altı-on yeddi yaşlarında, qamətli, xurmayısaç .. qız, utancaq tərzdə gözlərini yerə zilləmişdi. M.Hüseyn. Bir azdan .. xurmayısaçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə .. gəlib çıxdı....

XURŞİD (ID - 18005)

is. [fars.] klas. Günəş. // Klassik şeirdə gözəlin epitetlərindən biri. Xurşidim, xavərim, hilalım sənsən; Şəkərim, şərbətim, zülalım sənsən. M.V.Vidadi. Sən hüsndə xurşidi-fələkdən də gözəlsən; Ya əyri qaşından nəyi...

XURŞİDVƏŞ (ID - 18006)

sif. [fars.] klas. Günəş kimi gözəl, günəş camallı. Qoyma, ey xurşidvəş, gözdən məni şəbnəm kimi. Qövsi.

XURT (ID - 18007)

xurt düşmək - bihuş olub sərilmək. Qız xörəyi hazırlayıb bihuşdarını da daxil elədi içinə, gətdi ortalığa. Səlim bir az yeyənnən sora xurt düşdü. (Nağıl).

XURUŞ (ID - 18008)

is. [fars.] Plovla yeyilmək üçün ayrıca bişirilib hazırlanan ət, toyuq, kişmiş və s.-dən ibarət yemək; qara. Balaca nimçələrdə tirmə süfrənin ortasına düzülmüş xuruşlar və yeməklər hamıdan artıq Məşədi Məmmədin diqqətini...

XUŞGƏBAR (ID - 18009)

is. [fars.] Quru meyvə. Xuşgəbar dükanı. - İldə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşgəbar yüklərini Xorasandan Türküstana gətirirdilər. Ə.Haqverdiyev. [Hacı Seyidin] iki paroxod xuşgəbarı dənizdə batmışdı....

XUŞGƏBARÇI (ID - 18010)

is. kohn. Xuşgəbar satan adam. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də az deyildi. H.Sarabski.

XUŞGƏBARFÜRUŞ (ID - 18011)

[fars.] köhn. bax xuşgəbarçı. Mirzə Nəsib .. Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xuşgəbar füruşun yanına apardı. Ə.Haqverdiyev.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed